Kirayə qiymətləri cib yandırır - Daha nə qədər ARTACAQ? - AÇIQLAMA

Redaktor

01.05.2025 19:18
379

Kirayə qiymətləri cib yandırır - Daha nə qədər ARTACAQ? - AÇIQLAMA

Son aylarda Bakı şəhərində kirayə mənzil bazarında qiymətlər sürətlə artıb. Xüsusilə sadə və orta gəlirli insanlar üçün bu vəziyyət ciddi çətinliklər yaradıb. Belə ki, orta aylıq əməkhaqqı 900 manat civarında olan vətəndaşlar üçün iki otaqlı evlərin 400 manatdan yuxarı başlayan kirayə qiymətləri böyük maliyyə yükünə çevrilib.

Mövzunun aktuallığını nəzərə alaraq, bu vəziyyətlə bağlı qiymət artımının səbəblərini öyrənmək üçün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruca üz tutduq.

Valyuta.az xəbər verir ki, qiymət artımın səbəblərindən Milli.Az-a danışan sədr kirayə qiymətlərində müşahidə olunan artımın son illərə təsadüf etdiyini deyir:

"Bildirmək istəyirəm ki, kirayə qiymətlərində müşahidə olunan artım son illərə təsadüf edir və bu artım minimal və orta aylıq əməkhaqqı ilə müqayisədə kifayət qədər yüksək məbləğ təşkil edir. Bu hal təkcə Azərbaycanda deyil, qonşu ölkələrdə də müşahidə olunur. Səbəblərdən biri ondan ibarətdir ki, şəhərlərə regionlardan güclü axın müşahidə olunur. Şəhərlər inkişaf etdikcə, əhalinin sayı da demoqrafik dəyişikliklər fonunda artır və bu da tələbatın yüksəlməsinə səbəb olur. Bu məsələ yalnız mənzil tələbi ilə deyil, həm də urbanizasiya və şəhərlərin planlı formalaşma problemi ilə əlaqəlidir. Düşünürəm ki, ölkə iqtisadiyyatı inkişaf etdikcə, orta aylıq əməkhaqqı ilə kirayə qiymətləri arasındakı nisbət daha balanslı hala gələcək. Burada bir məqamı da qeyd etməliyəm: kirayə mənzilləri bir qayda olaraq bir nəfər deyil, ailələr götürür və ailə daxilində bir neçə nəfərin işləməsi bu xərclərin bölüşdürülməsini asanlaşdırır. Bu baxımdan, hazırda kirayə qiymətləri yüksək olsa da, bazarda tələbat hələ də artmaqda davam edir".

Onun fikrincə, bu istiqamətdə müəyyən layihələr icra etmək lazımdır.

"Kirayə qiymətlərində sabitliyi yalnız o zaman gözləmək olar ki, Azərbaycan dövləti bu sahədə daha geniş sosial layihələr həyata keçirsin. Bu istiqamətdə artıq İpoteka və Kredit Zəmanəti Fondu, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən müəyyən layihələr icra olunmaqdadır. Kirayə bazarında qiymətlərin yüksəlməsinə ciddi təsir edən əsas amillərdən biri tələbələrdir. Hər il minlərlə gəncin ali məktəblərə qəbul olaraq Bakıya üz tutması kirayə mənzillərə olan tələbatı artırır. Əgər universitet şəhərciklərinin, yataqxanaların və tələbə kampuslarının sayı artırılarsa, bu, kirayə bazarında qiymətlərin tənzimlənməsinə müsbət təsir edə bilər. Təhsil müəssisələrinin şəhər kənarına köçürülməsi prosesi həm kirayə qiymətlərinin normallaşmasına, həm də şəhərdəki sıxlığın azalmasına şərait yarada bilər. Bu isə nəqliyyat əlçatanlığının və yol hərəkətinin daha nizamlı təşkilinə səbəb olacaq", deyə V.Oruc bildirib.

Həmsöhbətim mövcud problemin zamanla normallaşacağını vurğulayır:

"Hesab edirəm ki, kirayə qiymətlərinin əməkhaqqının böyük bir hissəsini əhatə etməsi zamanla normallaşacaq. Bunun üçün iqtisadi inkişafla yanaşı, əhalinin gəlir səviyyəsinin artması və tənzimləyici mexanizmlərin tətbiqi vacibdir. Qeyd etməliyəm ki, imtahanlardan sonra kirayə mənzillərə tələbat xüsusilə artır və bu, mövsümi qiymət artımına səbəb olur. Bu cür artımlar sonradan bazarda yeni, yüksək qiymət səviyyəsinin formalaşmasına zəmin yaradır. Mövcud vəziyyətdə, xüsusilə tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi məqsədəuyğun olardı".

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Elektrikli nəqliyyat vasitələrinin batareyası nə qədər tez köhnəlir?

12.11.2025

Rusiya rekord endirimlərlə neft satmağa başlayıb

12.11.2025

Azərbaycan son 5 ildə ÜDM istehsalından nə qədər qazanıb?

12.11.2025

"Gemini"yə görə "Google"a qarşı kollektiv iddia qaldırıldı

12.11.2025

Varlıların ilk işi nə olub? - Kiçik qazancdan milyardlara gedən yol

12.11.2025

Türkiyədə gecə bank kartlarından pul çıxarmağa məhdudiyyət qoyuldu

12.11.2025

Gələn il 10 000 mA·s batareyalı telefonlar adi hal olacaq

12.11.2025

Naxçıvan Ali Məclisi Baş nazirin vəzifədən azad edilməsi barədə qərar verib

12.11.2025

Çin şirkəti Azərbaycanda Günəş elektrik stansiyası tikəcək

12.11.2025

"Delvitech" 40 milyon dollar sərmayə aldı

12.11.2025

"LUKOIL" 14 milyard avroluq xarici aktivlərini itirmək riski ilə üzləşib

12.11.2025

Süni intellekt "Spotify"də milyonlarla dinləyicini necə aldatdı?

12.11.2025

Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir - Özünün xəbəri yoxdur

12.11.2025

Ərdoğan "C-130"un qara qutusunun tapılmasını təsdiqlədi

12.11.2025

Hamiləlik və doğuma görə verilən müavinətlərin ümumi məbləği artırılır

12.11.2025

Kosmetika milyarderinin 500 milyon dollarlıq incəsənət kolleksiyası hərraca çıxarılır

12.11.2025

Kamran Əliyev onu rəis müavini təyin etdi

12.11.2025

Bu universitet elektrik avadanlıqları alacaq

12.11.2025

Ərdoğan: Türkiyə ilə yanaşı, Azərbaycan və Gürcüstanın da bütün imkanları səfərbər edilib

12.11.2025

Ədliyyə Nazirliyinin sabiq idarə rəisinə yeni vəzifə verilib

12.11.2025

Məzənnə

Yüklənir...