Kartdan karta köçürmələrə məhdudiyyətlərin tətbiq edilməsinin səbəbi nədir?

Redaktor

01.04.2024 16:22
2,472

Kartdan karta köçürmələrə məhdudiyyətlərin tətbiq edilməsinin səbəbi nədir?

“Yelo Bank” kartdan karta köçürmələrə (card to card) məhdudiyyət tətbiq etməyə başlayıb.

Valyuta.az xəbər verir ki, həm "Yelo Light", həm "Premium", həm də "Infinite" kart sahibləri ay ərzində kartdan-karta 3 min manatdan artıq pulsuz köçürmə edə bilməyəcəklər.

Eyni limit  Yelo ATM-lərindən komissiyasız nağdlaşdırmaya da şamil edilir. “Card to card” limitləri aprel ayının 8-dən etibarən tətbiq ediləcək. 

Anoloji addımı bu ilin martında "Azər Türk Bank" da atıb. ATB “card to card” üzrə günlük 15 dəfə, ay ərzində isə 60 əməliyyat limiti müəyyən edib.

Görəsən, bəzi bankların kartdan karta köçürmələrə məhdudiyyətlər tətbiq etməsinə səbəb nədir?

Mövzu ilə bağlı Valyuta.az-a açıqlama verən iqtisadçı ekspert Fuad İbrahimovun fikrincə, kartdan karta köçürmələrə qoyulan məhdudiyyətlər iki məqsədə, vergidən yayınmaq və bank aktivindəki vəsaitlərin faiz gəlmədən digər dövriyyəyə keçməsinin qarşısını almağa xidmət edə bilər: 

“Hazırda “Card to card” addımları ilə çoxlu sayda vergidən yayınma prosesi gedir. İnsanlar kartla ödəniş, müəyyən bonus, keşbek qazanır. Qarşı tərəf isə vergidən yayınma məqsədilə həmin variantdan istifadə edir. 

Digər tərəfdən, bank “Card to card” edib, faiz götürmürsə, bankın aktivindəki vəsaitlərin digər dövriyyəyə keçməsi baş verir. Belə vəziyyət isə banklara sərf etmir. Ona görə də bir sıra banklar kartdan karta köçürmələrə məhdudiyyətlər tətbiq edir”.

Ramiz
 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...