ATU-nun tələbə yataqxanasının təmiri uzanır - Tender ləğv edildi
Azərbaycan Tibb Universitetinin (ATU) 3 saylı tələbə yataqxana binasının əsaslı təmir işlərinin satın alınması ilə bağlı tender ləğv edilib.
Valyuta.az xəbər verir ki, ATU-nun elan etdiyi tenderin ləğvi “Dövlət satınalmaları haqqında” Qanunun 11.2-ci maddəsinin 2-ci halı ilə əsaslandırılıb.
Həmin maddədə qeyd edilir:
"Satınalan təşkilat dövlət mənafelərinin qorunması məqsədi ilə aşağıdakı hallarda bütün tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qərar qəbul edə bilər:
tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə;
tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda;
tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda.
Bu qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmalıdır. Satınalan təşkilat tender təklifi, oferta və ya kotirovka təqdim etmiş malgöndərənin (podratçının) sorğusu ilə ona bütün tender təkliflərini, ofertaları və ya kotirovkaları rədd etməsi barədə məlumat verir”.
Beləliklə, aydın olur ki, tender təklifi müsabiqənin əsas şərtlər toplusuna uyğun olmayıb.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay