Ölkə xaricindən avtomobil alarkən aldanmamaq üçün nələri bilməliyik?

Redaktor

04.10.2023 09:45
1,016

Ölkə xaricindən avtomobil alarkən aldanmamaq üçün nələri bilməliyik?

Ölkə xaricindən avtomobil gətirmək istəyirsinizsə, ya şirkətlərə üz tutmalısınız, ya da özünüz fərdi şəkildə bunu edə bilərsiniz. Şirkətlərlə edirsinizsə, onlar sizin yerinizə lazım olan prosesləri icra edirlər. Fərdi şəkildə gətirənlərdə isə sual yaradan məqamlar çox olur. Fərdi şəkildə xaricdən avtomobil gətirmək istəyənlər nələri bilməlidirlər?

Xaricdən avtomobil alqı-satqısı ilə məşğul olan Elman Məmmədov Valyuta.az-a bildirdi ki, fərdi şəkildə avtomobil gətirmək istəyənlər ilk olaraq alacaqları avtomobilin gömrük rəsmiləşdirməsi, daşıma xərcləri və şərtləri, əlavə çıxa biləcək xərcləri öyrənməlidirlər: “Xaricdən avtomobil almaq istəyər, baxar ki qiymət də çox münasibdir, birbaşa sifariş verər. Lakin avtomobil ona gəlib çatana qədərki xərcləri dəqiq bilməsə, sonda məlum olacaq ki, avtomobili çox baha qiymətə alıb. Toplam xərcləri hesablamalıdır. Əgər qiymət cəhətdən sərf edirsə, o zaman almaq olar”.

E.Məmmədov deyir ki, avtomobili alacağımız şirkətin güvənli olmağı önəmlidir: “Ölkə xaricindədir, tanımırsan. Çox aşağı qiymət qoya bilər və sənə maraqlı gələr. Amma söz verdikləri keyfiyyəti və xidməti görməzsən. Ona görə avtomobil alınacaq şirkəti yaxşı araşdırmaq önəmlidir. Ciddi şirkətdirsə, rəsmi müqavilə ilə alış edə bilərsiniz. Avtomobil yoxlanması da şirkətin məsuliyyətinə daxildir. Eləcə də, bütün bu proses zamanı verilən zəmanət və sığorta şərtləri də alıcının əsas diqqət mərkəzində olmalıdır”.

Elman Məmmədov gömrük xərclərindən də söhbət açdı. O, bu prosesdə saxtakarlığa əl atmamağı məsləhət görür: “Gömrük xərcləri az hallarda Dövlət Gömrük Komitəsinin rəsmi səhifəsində olan kalkulyatorla üst-üstə düşür. Ona görə, sizdən əvvəl eyni mühərrik, eyni il, eyni model avtomobil gətirən şəxslərdən məsləhət almaq daha yaxşı olar. Gömrükdə avtomobil baha qiymətləndirildiyi üçün bəzən alıcılar invoys (hesab-faktura) dəyərini aşağı yazdırmaq istəyirlər. Bunu edənlər qeyri-professional şirkətlərdir. Buna getmə səbəbləri də var. Məsələn, 10.000 manat dəyəri olan maşını invoysa 7000 manat yazdırsalar, daşınma zamanı bir qəza baş versə, sığorta invoysa əsaslanaraq ödəmə edəcək. Bu zaman isə faktiki 10.000 manata aldığınız avtomobil 7000 manat dəyərində qiymətləndirilir”.

E.Məmmədov xaricdən fərdi alış zamanı edilən səhvləri də vurğuladı: “Fərdi alış zamanı əsas səhvlər avtomobil seçərkən olur. Xarici görünüşə və qeyri-dəqiq məlumatlara əsasən qərar verən müştəri, avtomobil gəlib çatdığı zaman eyni mənzərəni görmür. Texniki vəziyyəti, yürüşü və s. istədiyi kimi olmur. Bəzən isə daşınma zamanı avtomobilə ziyan dəyir. Əgər ciddi daşıma şirkəti ilə gətirmirsinizsə, o ziyanı ödəmək müştərinin öz üzərinə düşür”.

Nuray

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...