Redaktor
"Azərbaycan Supermarket" cərimələnə bilər
“Bravo” Supermarketlər şəbəkəsinin daxil olduğu "Azərbaycan Supermarket" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində ticarət qaydaları əleyhinə olan (İstehlakçıların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə edilir.
İş Yasaml Rayon məhkəməsində hakim Rəşad Cavadzadənin icraatındadır.
Vüqar