"Bu, AZAL-a qiymət rəqabətini daha sərt hiss etdirəcək" - Ekspert

Redaktor

06.09.2023 19:06
693

"Bu, AZAL-a qiymət rəqabətini daha sərt hiss etdirəcək" - Ekspert

"Vətəndaşı ancaq ucuz səyahət maraqlandırır, vəssalam. Təyyarənin pilotu kimdir və kimə məxsusdur? Bu vətəndaşı qəti maraqlandırmır. Onu narahat edən ödədiyi qiymətə uyğun xidmətin yaxşı və ucuz olmasıdır”.

Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli Gürcüstanın “Georgian Wings” aviadaşıyıcısının Bakıya uçuş xidmətlərinin təşkil olunmasından danışarkən deyib. Ekspert hesab edir ki, vətəndaş 23 kq baqajı özü ilə daşımaq istəmirsə, onun qiymətini də ödəməli deyil:

“Məsələn, yükümü ayağımın altına atıb gedəcəm. Vətəndaşı seçim imkanlarının çox olması maraqlandırır. Nəzərə alaq ki, AZAL həmişə büdcədən dotasiya alan qurum olub. Həmişə də ziyanla işləyib".

Ekspert qeyd edib ki, yeni aviaşirkətlərin uçuş xəttinə buraxılması ölkədə turizm imkanlarını yaxşılaşdıracaq:

“Əgər ölkəyə giriş çətindirsə, turist necə gələcək? Ölkəyə gəliş birbaşa və rahat olmalıdır, vətəndaşlar daha rahat uçuş imkanları ilə təmin edilməlidir. Bu addım həm böyük investisiya qoyulan aviaşirkətlərin yaxşı işləməsinə gətirib çıxarda bilər. Həm də imkan verəcək ki, AZAL qiymət rəqabətini daha sərt hiss etsin, AZAL da qiymətlərini, məhsul və xidmətlərini onlara uyğunlaşdırsın”.

Xalid Kərimlinin fikirincə, ölkəyə daha çox aviaşirkətlərin daxil olması həm AZAL-ın inkişafı üçün, həm də vətəndaşlar üçün faydalıdır:

“AZAL qiymətləri endirmir. Bunu görən vətəndaşların da seçim imkanları çoxalacaq, məcburiyyət qarşısında qalmayacaq. Büdcəsinə uyğun gələn aviaşirkətin xidmətindən istifadə edəcək”.

Qeyd edək ki, bu gündən Gürcüstanın “Georgian Wings” aviadaşıyıcısı həftədə 3 dəfə olmaqla Bakıya uçuşu təşkil olunur. Bundan əlavə “IndiGo” (Hindistan), “Aegean Airlines” (Yunanıstan) və “Air Arabia Abu-Dhabi” (BƏƏ) aviaşirkətləri də Bakıya uçuşları həyata keçiriləcək.

Aylin

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...