BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
31705

“İstehlakçı hüquqlarını qoruyan Azad İstehlakçılar İctimai Birliyinin sədri olaraq hər il yay aylarında regionlara səfərlər edir, vəziyyətlə maraqlanıram. Avqustun 18-də Şimal zonasından gəlmişəm. Qusardakı vəziyyəti təhlil etdim. Qusarın sonuncu istirahət mərkəzinə - Lazadan 10 kilometr irəliyə qədər getdim. Məlum oldu ki, hər yer insanlarla doludur. Heç vaxt görülməyən bir basabas var. Hətta Qusarda yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksində 1 gecəsi 270 manata olan otellərdə belə yer yoxdur. İstənilən istirahət mərkəzi doludur”.

Bu sözləri Pravda.az-a müsahibəsində Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, regionlarda vəziyyət həddindən artıq acınacaqlıdır: “Qusarın yaxınlığındakı Qayi kənddə yerləşən “Qayi Bulaq” İstirahət Mərkəzində o qədər insan var ki. Orada həm istirahət edirlər, həm də yemək yeməyə gəlirlər. Təlabatın bu qədər artıq olduğu yerdə heç bir xidmət keyfiyyətindən danışmaq olmaz. Tələb təklifi dəfələrlə üstələyir. Basabas, xidmət səviyyəsi həddindən artıq aşağı... Hara gedirəmsə, mütləq qab yuyulan yerlərə baxıram. Qab yuyulan yerlərdə kirli arvadlar oturub, yağın içində, anti-sanitar vəziyyətdə. Avtomatik qabyuma yoxdur. Bunun ardınca Qayi kənddə yerləşən “Qayi Göl” İstirahət Mərkəzinə də getdim. Orada kənardan gələn qonaqlarla istirahət edən insanlar bir-birindən ayrı qidalanırlar. Kənardan gələn qonaqlar üçün nisbətən yaxşı şərait var. Lakin yenə də tələb təklifi üstələyir, xidmət keyfiyyəti çox aşağıdır.

Qubada yerləşən “Aynur” istirahət mərkəzi həmişə öz üstünlüyü ilə fərqlənib. Lakin burada da tələb təklifi üstələyir, insanlar dolu, boş yer yox. Nə qədər yaxşı xidmət göstərilsə də, tələb təklifi üstələdiyindən istehlakçıların hüquqları pozulur, lazımi səviyyədə xidmət göstərilmir. Nisbətən yaxşı vəziyyət Qubadan 30 kilometr kənarda yerləşən “Nazlı Bulaq”dadır. Burada da insan çoxluğu üstünlük təşkil edir, lakin qiymətlər, xidmət səviyyəsi nisbətən yaxşıdır. Demək istəyirəm ki, bəzi yerlər nəzarəti saxlaya bilirlər. Hacıkənd istiqamətinə üz tutsaq, anti-sanitariya baş alıb gedir. Burada da tələb təklifi üstələyir. Yarım metr eni olan çayda kimisi uşaq pampersi, kimisi qab-qaşıq yuyur. Demək olar, 20-yə qədər istirahət mərkəzinə baş çəkdim. Hamısında kirli, yağın içində olan insanlar qab yuyur, anti-sanitar vəziyyət və s... Hacıkənd istiqaməti həddindən artıq ağır anti-sanitariya içindədir. Digər yerlərdə də vəziyyət yaxşı deyil. Bu il regionlara görülməyən dərəcədə insan axını var”.

E.Hüseynov deyib ki, dövlət nəzarətində olan yerlərdə vəziyyət nisbətən yaxşıdır: “Məsələn, olimpiya kompleksləri yaxşı vəziyyətdədir. Planlaşdırıram ki, yaxın günlərdə Cənub zonasına da gedim, problem olan yerləri adları ilə deyim. Çox təəssüf ki, Azərbaycan Qida Təhlükəsizliyi Agnetliyinin hələ iki ay bundan əvvəl istirahət mərkəzlərinə “ulduz” vermək məsələsi gündəmə gətirilsə də, bu, həyata keçirilmir. Mütləq istirahət mərkəzlərinin tutumu müəyyən olunmalıdır. Nə qədərdən artıq adam qəbul etmək olmaz, mətbəxləri, eləcə də tualetləri, əlyuyanları bu qədər insan axınının qarşısında strandartlara uyğundur, ya yox... Təəssüf ki, AQTA bunlara nəzarət etməyə qadir deyil. Ona görə də ictimai nəzarət önə çəkilməlidir. İnsanlar AQTA-ya zəng etməli, məlumat verməlidirlər. Məsələ mütləq həll edilməlidir. Getdiyim yerlərin heç birində AİİB-nin sədri olduğumu demirəm. Adi vətəndaş kimi gedirəm, bəzən də xidmətlərindən istifadə edirəm. Regionlarda həddən artıq acınacaqlı vəziyyət hökm sürür - qiymət yuxarı, xidmət keyfiyyəti isə aşağı. Bütün istirahət mərkəzləri insan tutumuna uyğun fəaliyyət göstərməlidir - koteclərinin, mətbəxin sayı həcmi ilə düz gəlməlidir. Təəssüf ki, belə deyil. Əfsuslar olsun ki, Sovet vaxtından qalmış, insanların tələbatına uyğun yeganə məşhur yer Qəçrəş yeməkxanası ləğv olunub. Yerində isə heç nə tikilməyib. Bütün Quba-Xınalıq yolu üstündə yüzlərlə istirahət mərkəzləri, qalma yerləri var, yeni obyektlər açılıb, lakin bunların hamısında müəyyən standart olmalı, gigiyenik normalara cavab verməlidir. Çox təəssüf ki, heç kim buna əhəmiyyət vermir. Bir dəfə gedən adam yenidən ora ya gedər, ya getməz. Bu, insanların öz istəyinə buraxılıb. AQTA isə bunlara nəzarət edə bilmir..."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin