BAKU Azərbaycan
30.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
26813
Əksər icra başçılarının övladları ya biznesmen fəaliyyəti ilə məşğul olur, ya da müxtəlif dövlət qurumlarında yüksək vəzifələrdə çalışırlar. 
 
Qaynarinfo mövzunun aktuallığını nəzərə alaraq, paytaxt rayonlarının icra başçılarının övladları ilə bağlı araşdırma aparıb. 
 
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun 2 övladı var. Qızı Banuçiçək Əzizova Səbail rayonunda yerləşən 157 nömrəli uşaq bağçasının müdiridir. Oğlu Şamil Əzizov bu yaxınlarda Heydər Əliyev Mərkəzinin direktorunun köməkçisi vəzifəsinə təyin edilib. Bakı merinin kürəkəni Anar Tağıyev isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısıdır.  
 
Şamil Əzizov
 
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun iki övladı var. Oğlu İlham Əsgərlinin bizneslə məşğul olduğu deyilir. Onun adı bir sıra qalmaqallarda da hallanıb. 
 
Binəqədinin icra başçısı Elxan Allahverdiyevin övladının bank sektorunda çalışdığı deyilir. Onun qardaşı Rövşən Allahverdiyev "Kapital Bank"ın İdarə Heyətinin sədridir. 
 
"ASKORP” MMC
 
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun iki övladı var. Oğlu, 1994-cü il təvəllüdlü Elvin Mikayılov bizneslə məşğuldur. Onun adına bir sıra şirkətlər mövcuddur. Əsas şirkəti isə "ASKORP” Məhdud Məsuliyyətli Cəmiyətidir. MMC kərpic, daş, çınqıl istehsalı ilə məşğuldur. Elvin Mikayılovun "Gilan Holding”in də bir çox işlərinə rəhbərlik etdiyi deyilir.
 
Elvin Mikayılov
 
2013-cü ildən Pirallahı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutan Vasif İmanov da böyük biznes obyektlərinə sahibdir. Onun 3 övladı var. İki övladı dövlət qurumlarında çalışır, bir övladı isə biznesmendir. 2021-ci ildə Vasif İmanovun Ədliyyə Nazirliyində çalışan oğlu Turan Həsənzadə içkili vəziyyətdə qəza törətməsi ilə gündəmə gəlib. İcra başçısının oğlu "Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun qızı ilə evlidir.
 
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev biznes sahəsindən icra başçısı vəzifəsinə gələn şəxs olaraq tanınır. İcra başçısı böyük biznes obyektlərinə sahibdir. 2003-2012-ci illər ərzində özünün təsis etdiyi "Euro Style" LTD şirkətinin rəhbəri olub. Bu vəzifəsindən sonra icra başçısı postuna gəlib. Hazırda Adil Vəliyevin biznesini oğlu Ənvər Ənvərli (Ənvər Vəliyev) idarə edir. O, "Efendiler Group”un sahibi kimi tanınır. 
 
Ənvər Ənvərli
 
"Efendiler Group" 1997-ci ildən fəaliyyət göstərən şirkətlər qrupudur. Qrupa avtomobil, tikinti və restoran sahələrində çalışan tanınmış şirkətlər daxildir. Avtomobil sahəsində qrup "Porsche", "Audi", "Geely" və "Chery" kimi avtoistehsalçıların distribütor şirkətləri və "Euro Style" texniki servis mərkəzi, tikinti sektorunda Bakıxanov Rezidens Komplekslər Qrupu, restoran sektorunda isə "Cafe Cayenne" ilə təmsil olunur.
 
Biznesmen kimi tanından digər başçısı - hazırda Suraxanı rayon İcra Hakimiyyətinə başçılıq edən Əziz Əzizovun 3 övladı var. Əziz Əzizov 1996-2006-cı illərdə sahibkarlıq fəaliyyəti məşğul olub. Daim bahalı geyimləri ilə, diqqət çəkən icra başçısının iki övladı onun yolunu davam etdirir. 
 
Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevin, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayevin, Nizami rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun hər birinin iki övladı var. Onlar digər həmkarlarından yaşlarına görə gənc və vəzifələrinə görə yeni sayılırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq –SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"El-Babatürk" MMC-nin 38 min manat vergi borcu var

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin