Redaktor
07.01.2023 12:03
580
Pensiya kapitalı və sosial ödənişlər niyə artdı? - Ekspert problemin səbəbini açıqladı
"Belə vəziyyətin yaranması qanunvericilikdə əks olunan problemdən qaynaqlanır”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli minimum əməkhaqqının 15 faiz artması, pensiya məbləğinin isı 240 manatdan 280 manata qalxması fonunda, pensiya kapitalının minimum məbləğinin 34.560 manatdan 40.320 manata yüksəlməsinə münasibət bildirərkən deyib.
"Qanunda qeyd olunub ki, minimum təqaüd artan kimi pensiya kapitalı da avtomatik olaraq ona uyğun hesablanır. Qaydaya görə, minimum təqaüd artan kimi, onun 114 misli avtomatik olaraq yığım kapitalının minimum həddinə çevriləcək”, deyə ekspert əlavə edib.
Natiq Cəfərli qeyd edir ki, qanunvericilikdə bu məqam aradan qaldırılmayana qədər problem qalmaqda davam edəcək:

"Ölkədəki inflyasiya həddini, hər il indeksləşmənin aparıldığını və minimum təqaüdlərin artdığını nəzərə alsaq, avtomatik olaraq yığım kapitalının minimum həddi də artacaq. Bunun baş verməməsi üçün qanunvericilikdəki bağlantı aradan qaldırılmalıdır. Minimum əmək haqqının VÖEN-lə çalışanların Dövlət Sosial Müdafiə Fonduna ödənişləri də qanunla tənzimlənir. Bu da qanundan çıxarılmalıdır. Çünki minimum əmək haqqı artan kimi, avtomatik olaraq VÖEN-lə çalışanların DSMF-yə ödənişləri də artır. Qanunvericilikdə bu iki məsələ həllini taparsa, vətəndaşlar üzərlərinə düşən ağır yükdən xilas ola bilərlər”.
Həmsöhbətimiz düşünür ki, pensiya məsələsilə DSMF təkbaşına məşğul olmamalı, özəl fondlar da prosesdə iştirak etməlidir:
"Hesablamalar indiki kimi aparılmamalıdır. 800 minə yaxın VÖEN-lə çalışan var. Minimum əmək haqqı artan kimi, Bakı şəhəri üzrə onların ödənişləri 75 manatdan 86 manat 20 qəpiyə qalxıb. Əvəzində DSMF-yə minimum ödənişlərin həddini müəyyənləşdirmək olar. Digər tərəfdən, Fond pensiya məsələsilə təkbaşına məşğul olmamalıdır. Qanunvericlikdə nəzərdə tutulduğu kimi, bu istiqamətdə özəl fondlar da yaradılmalıdır ki, vətəndaşın seçim imkanı olsun. VÖEN ödənişlərinin də minimum həddi müəyyənləşməlidir”.
Növbəti xəbər yüklənir...
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərRusiyada Kirkorovun şirkəti bağlandı
07.12.2025Könüllü sığortalar 1 milyarda yaxınlaşır
07.12.2025İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI
07.12.2025Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
07.12.2025Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?
07.12.2025Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?
07.12.2025Pendir istehsalında azalma
07.12.2025Vüqar Qurbanovdan yeni təyinat
07.12.2025"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
07.12.2025"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Məzənnə
Yüklənir...