BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
26069

Vasif Talıbovun Naxçıvandakı cinayətlərini saymaqla bitməz. Az qala bir aydır ki, Naxçıvanda fəaliyyət göstərən yeni rəhbərliyə göndərilən şikayətlərin sayı azalmır, əksinə hər gün artır. Ona görə artır ki, zülm və istibdad altında əzilən xalq getdikcə yaradılmış qorxu sistemindən çıxır və anlayır ki, hazırkı rəhbərliyin məqsədi də onun mənafeyini müdafiə etməkdir. 

Bəs bu qorxu sistemi necə quruldu? Kim tərəfindən Naxçıvanda hər kəs qorxudularaq, dovşana döndərildi? Vasif Talıbovun çarxı qorxu sistemi ilə necə döndərildi? Bu suallara aşağıdakı yazımızla aydınlıq gətirəcəyik...

Naxçıvanda əhalinin sosial vəziyyəti o qədər yaxşı olmasa da insanlar çox pozitiv, enerjili və sabaha böyük inamla yaşayırdılar. Bunun yanına  qorxusuzluq və əyilməzliyi də əlavə etsək, görərik ki, Naxçıvanda vəziyyət çox fərqli idi. Məhz bu sadaladıqlarım cahil bir rəhbəri qane edə bilməzdi. Nəticədə 2001-ci ildə Muxtar Respublikanın Daxili İşlər naziri Mürsəl İsayev istefaya göndərildi. Səbəb çox sadə idi. İnsanlar Vasifin varlığı qarşısında baş əyməli idilər. Mürsəl İsayev isə insanlarla qorxu dilində danışmağı bacarmırdı. Nəticədə Naxçıvan MR Daxili İşlər Nazirliyinə elə bir adam gətirilməli idi ki, onu görən hamilə qadın uşaq salsın, qorxaqlar şalvarını batırsın, cəsarətli adamlar isə sındırılsın. 

Tezliklə belə bir adam elə Daxili İşlər Nazirliyinin özündən tapıldı... Cinayət axtarışın rəisi əzazil, qaniçən və zalım bir adam...

Bu adam Naxçıvanda Talıbovun qurduğu cinayət çarxını hərlətməli, əziyyət, zülm və istibdad ərşə yüksəlməli idi... İnsanlar İkinci Dağyunus ilə üz-üzə qalmalı idilər...

Yeni nazir fəaliyyətinin ilk illərindən başlayaraq Naxçıvanda yıxmadığı ev qalmadı. Nazirlik etdiyi müddətdə "yaxşı" əməlləri ilə hər kəsin lənətini qazandı. Onun fəaliyyəti ilə başlayan zülm və istibdaddan Naxçıvanda hər kəs, hər kənd, hər şəhər, hər rayon ayrıca əziyyət çəkməli idi. Çünki o əzazil, qaniçən və zalım adam belə istəyirdi...

Naxçıvanda Talıbovun qurduğu çarxın altında əzilənlər təkcə Bənəniyarlılar deyildi. Amma ən ağır cinayətlərdən biri Bənəniyar kəndində törədildi. 5 yanvar 2010-cu il tarixə Bənəniyar hadisələri kimi düşdü... Bənəniyar kəndində böyük cinayətlər törədilmişdi...Çünki o əzazil, qaniçən və zalım adam belə istəmişdi...

Kəndə zirehli texnika və Daxili Qoşunların ordusu yeridiləndə kənd sakininin heç nədən xəbəri yox idi. Döyülən-döyüldü, söyülən-söyüldü. Sonra da 200-ə qədər şəxs maşınlara doldurularaq Böyükdüz təcridxanasına aparıldı. Hətta maşınlara adamları elə doldurmuşdular ki, gənc bir qızın yolda ürəyi narahat oldu. Amma bu insanlıq anlayışı olmayanlar üçün keçərli deyildi. 

Hər kəs Böyükdüz təcridxanasına aparılmalı idi. Orada yaşlı demədən, qadın demədən, uşaq demədən hər kəs təhqir edilib, döyülüb, söyülməli idi. Çünki o zaman bütün bunlara rəhbərlik edən bir şəxs var idi - əzazil, qaniçən və zalım bir adam...o, belə istəyirdi...

5 yanvar 2010-cu ildə şaxtalı havada Böyükdüz təcridxanasında soyundurularaq, buz üstündə ayaqyalın saxlanılan 27 Bənəniyar sakini var idi. Hər biri ayrı-ayrılıqda döyülür, söyülür, təhqir edilir, işgəncələrə məruz qalırdı. Bunları edənlərin başında bir nəfər dayanırdı - əzazil, qaniçən və zalım bir adam...o, belə istəyirdi...

Həbs olunan Bənəniyar sakinlərindən soruşurdu. Hanı meydanlarda çağırdığınız imam, niyə gəlib sizi mənim əlimdən almır? Hanı sizin Allahınız? Ona deyin gəlsin Sizi mənim əlimdən qurtarsın...

Bunu deyib, məhbusların barmaqlarını kəlbətinlə sıxmağa başlayır, məhbusların çığırtısından zövq alırdı - əzazil, qaniçən və zalım adam... Hər kəs çığırmalı idi, cünki o, belə istəyirdi...

O əzazil, qaniçən və zalım  adam eyni işgəncələri Rza müəllimə də verirdi. Amma müəllim onun çığırtıdan ləzzət aldığını görüb, bütün işgəncələrə səssiz, sakitliyini qorumaqla cavab verirdi. Bu isə o əzazil, qaniçən və zalım adamı narahat edirdi... Hər kəs çığırmalı idi. Rza müəllimin səssizliyi isə onu dəli edirdi. Çünki o, belə istəmirdi...

Nəhayət, Rza müəllimi öldürənəcən ona işgəncə verdi, o əzazil, qaniçən, zalım adam. Bundan sonra da öz günahını başqalarının üstünə atmağa, cinayətlərini gizlətməyə, ört-basdır etməyə çalışdı, o əzazil, qaniçən və zalım adam...

Hər aşiqin bir dövranı olduğu kimi, haqqında danışdığım bu əzazil, qaniçən və zalım adamın da dövranı bitdi. 2017-ci ildə onun yerinə özündən də əzazil bir adam gəldi. Nəhayətində bu əzazil, qaniçən və zalım adamı, özündən əzazil, qaniçən və zalım adam həbsxanaya göndərdi... 
İndi isə haqqında danışdığım Vasif Talıbovun çarxını döndərən, Naxçıvanda qorxu sisteminin yaradıcısı olan keçmiş Daxili İşlər naziri əzazil, qaniçən və zalım bir adam olan Əhməd Əhmədov azadlığa çıxmaq istəyir... 

Əli qanlı, ev yıxan, insanlara olmazın işgəncələr edən, başlarına müsibət açan əzazil, qaniçən və zalım Əhməd Əhmədov!  
Özünü günahzsız kimi göstərməyə çalışır... Unudub ki, hələ də xalqın lənəti üzərindədir: Anaların göz yaşı, ataların ahı, övladların məsumca İlahi pıçıltısı olan Lənət üzərindədir.

Bu lənət qurtarmayınca o əzazil, qaniçən, zalım Əhməd Əhmədovun əzabları da bitməyəcək!

Çünki İlahi ədalət deyilən bir anlayış var: bu gün Naxçıvanda bərqərar olunan İLAHİ ƏDALƏTDİR! 

Elmar Hüseynov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin