BAKU Azərbaycan
30.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
25992

2023-cü ilin gəlişinə sayılı günlər qalıb.

Bayramla əlaqədar Nazirlər Kabinetinin qərarı ilə 31 dekabr - 4 yanvar tarixləri Azərbaycanda qeyri-iş günləri elan edilib.

Bəs ölkə vətəndaşları bayram günlərində harada istirahət edəcək? “Report” bununla bağlı vəziyyəti araşdırıb.

Turizm sektoru üzrə mütəxəssis Rəhman Quliyev deyir ki, hər il olduğu kimi, bu il də Azərbaycan vətəndaşları arasında bayramı ölkə xaricində keçirmək istəyən şəxslərin sayı az deyil: “İnsanlar daha çox Türkiyənin İstanbul və Antalya şəhərlərinə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə - şou-proqramlar keçiriləcək hotellərə üz tutur. Rusiyanın iri şəhərləri də vətəndaşlarımızın seçimi arasında ilk yerlərdədir. Yessentuki, Kislovodsk kimi yerlərə getmək istəyənlər də var. Eyni zamanda, bu ərazilərdən də Azərbaycana turistlər gəlir”.

Onun sözlərinə görə, maddi imkanları nisbətən məhdud olanlar isə Azərbaycanın bölgələrində dincəlməyə çalışırlar: “Koronavirus (COVID-19) pandemiyasından qalmış qadağalar, qonşu ölkələrlə quru sərhədlərin bağlı olması turistlərin xeyli hissəsinin ölkədən çıxışına çətinlik yaradır. Ekonom büdcəli turistlərimiz daha çox regionlarda istirahət etməyə üstünlük verir. Onları yerləşdirmək üçün kifayət qədər komplekslər var. Əvvəlki illərə nisbətən keyfiyyət və qiymətdə də stabilləşmə mövcuddur. Bu da sağlam rəqabətdən irəli gəlir. Pandemiyadan əvvəl bölgələrdəki hotellərin qiymətlərinə baxanda deyirdik ki, bir ailənin Antalyaya gedib istirahət etməsi bizim hotellərə getməkdən daha sərfəlidir. Bu gün isə belə deyə bilmərik. Azərbaycandakı hotellər artıq həm qiymət, həm də keyfiyyət baxımından yaxşı xidmət göstərməyə başlayıblar. Zaman keçdikcə bütün mənfi hallar aradan qalxacaq”.

“Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin sədrinin müşaviri Müzəffər Ağakərimov isə bildirir ki, vətəndaşlarımız daha çox daxili turizmə üstünlük verir: “Bu da təbiidir. Son illər baş verən müxtəlif hadisələr, o cümlədən pandemiya, dünyadakı müharibələr, iqtisadi çətinliklər fonunda insanlarımız vətənimizdə istirahət edir. Bu səbəbdən də Azərbaycanda daxili turizmin ümumi turizm sektorunda xüsusi çəkisi artıb. Vətəndaşlarımız əsasən Quba, Qusar, Xaçmaz, Qəbələ, Şamaxı, Zaqatala, Qax, İsmayıllı, Lerik, Lənkəran kimi bölgələrimizdə yeni il bayramını keçirməyə gedirlər. Sadaladığım ərazilərdə turizm üçün gözəl infrastruktur yaradılıb, yüksək standartlara cavab verən hotellər inşa edilib. Bu hotellərdə qiymətlər onların dərəcələrindən asılı olaraq dəyişir, münasibdir”.

“Yeni ildə xaricə getmək istəyənlərin isə sayı azdır. Nisbətən imkanlılar Türkiyənin bir sıra şəhərlərinə, Dubaya, eləcə də Çexiya, Polşa, Sloveniya, Xorvatiya kimi Mərkəzi və Şərqi Avropa ölkələrinə üz tuturlar. Ümumilikdə xaricə getmək istəyən turistlərin sayı əvvəlki illərlə müqayisədə daha azdır”, - deyə M.Ağakərimov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ADA Universitetininməzunları harada iş tapa bilir?

Tramp illik bu qədər gəlir alır

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq –SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin