29 avroluq bilet yuxuda olur - <span style="color: #ff0000;">AZAL-ın “ucuz oyunu”</span>

Redaktor

24.12.2022 11:31
3,049

29 avroluq bilet yuxuda olur - AZAL-ın “ucuz oyunu”

Dekabrın 22-də AZAL 2023-cü ilin yay cədvəli çərçivəsində 9 istiqamət üzrə 29 avroya aviabiletlərin satışa çıxarılacağını elan edib. Məlumatda martın 26-dan oktyabrın 29-dək həyata keçiriləcək uçuşların hava yollarının aşağıbüdcəli “Buta Airways” aviaşirkəti tərəfindən minimal “Büdcə” tarifi ilə həyata keçiriləcəyi və 10 000 biletin onlayn satışının planlaşdırıldığı bildirilib. 

Həmin gün saat 16:00-da biletlər satışa çıxarılmalı olsa da, qeyd edilən saatdan etibarən saytın onlayn satış bölməsi işləməyib. Nəticədə vətəndaşların ucuz bilet almaq istəyi elə istək olaraq da qalıb.

İqtisadçı ekspert Natiq Cəfərli AZAL-ın "ucuz bilet kampaniyası" barədə Modern.az-a danışıb.

N.Cəfərli bildirib ki, AZAL-ın və onun törəmə şirkəti olan “Buta” nın qiymət siyasəti illərdir Azərbaycanda müzakirə olunan, amma həll olunmayan problemlərdən biridir:

“Bu piar aksiyası idi. İmici düzəltmək üçün "bizdə ucuz qiymətə biletlər var" anlayışını yaratmaq üçün düşünülmüş piar aksiyası idi. Texniki cəhətdən hazır olsaydılar, sayt çökməzdi, demək ki, texniki cəhətdən də hazır deyildilər. Amma belə bir qiymətə biletlər olubsa, AZAL-a yaxın olan tur şirkətlərinə çoxdan satılıb. Bir müddət sonra o biletlər vətəndaşlara baha qiymətə satılacaq”.

Ekspert vurğulayıb ki, AZAL-da qiymət siyasəti hansısa aksiyalarla yox, ciddi islahatlarla həllini tapmalıdır:

“AZAL-ın inhisarçılığı uzun illərdir dillər əzbəri olub. Rəqabətli mühit yaradılmalıdır ki, AZAL da, Buta da istədiyi qiyməti diktə edə bilməsin. Yerüstü xidmətlər AZAl-dan alınıb özəl şirkətlərə verilməlidir. Çünki biletlərin baha olmasının səbəblərindən biri də odur ki, hava limanlarında yerüstü xidmətlər AZAL-ın inhisarındadır”.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...