Nəqliyyat
05.12.2022 / 10:10
Naxçıvanda bir neçə qadağa aradan qaldırıldı
25575
Naxçıvan Muxtar Respublikasında avtomobillərə pərdə və plyonka vurulması qadağası aradan qaldırılıb.
Valyuta.az oxu.az-a istinadla xəbər verir ki, tələbatın yüksək olması səbəbindən şüşələrin plyonkalanması 120-130 manat civarında həyata keçirilir.
Bundan başqa, digər regionların qeydiyyatında olan köhnə avtomobillərin də Naxçıvanda qeydiyyata alınmasına icazə verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək nəqliyyat vasitələrinin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.
Hazırda məsələ ilə bağlı baxış müddəti sayıldığı üçün maşına vurulan pərdə və plyonkaya görə sürücülər cərimə edilmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay