BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
25550

Bir çox dövlət qurumlarında, nazirlik və komitələrdə şənbə günü qeyri-iş günü hesab edilsə də, idarə və şöbə rəisləri, həmçinin bəzi əməkdaşlar məcburi qaydada işə çıxarılırlar. Qüvvədə olan əmək qanunvericiliyinə əsasən, belə olan halda həmin şəxslərə kompensasiya ödənilməlidir.

Amma nədənsə bu baş vermir. İşçilər isə işlərini itirmək qorxusundan hüquqlarının bu şəkildə pozulmasına etiraz edə bilmirlər.

Maraqlıdır ki, bu hal geniş yayılsa da, nədənsə Hesablama Palatasının hesabatlarında əks olunmur. Halbuki, Palata dövlət təşkilatlarında yoxlama apararkən, əməkdaşların davamiyyətini də yoxlayır.

Bu barədə bizim.media-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov qeyd edib ki, işçilərin qanunsuz olaraq iş saatından artıq işə cəlb edilib-edilmədiyinin araşdırılması Dövlət Əmək Müfəttişliyinin səlahiyyətinə aid məsələdir:

“Hesablama Palatasının konpetensiyasına aid deyil. Palatanın vəzifəsi dövlət büdcəsinin təyinatı üzrə xərclənməsinə nəzarət etməkdir. İşçinin kompensasiya ödənilmədən əlavə işə cəlb edilməsini yoxlamaq onların səlahiyyətinə daxil deyil”.

Həmsöhbətimiz bildirir ki, Dövlət Əmək Müfəttişliyi isə yoxlamalara moratorium qoyulması səbəbindən bu funksiyanı icra edə bilmir:

“Dövlət qulluğu haqqında” Qanunda yazılır ki, ödəniş etmədən 5 saatdan çox olmayaraq ay ərzində işçini əlavə işə cəlb edə bilərlər. Amma bunun üçün həm işçinin özünün razılığı olmalı, həm də əmirləşdirilməlidir. Özü də bu zaman ödəniş ikiqat olmalıdır.

İşçiləri qeyri-rəsmi olaraq dövlət və ya kommersiya orqanlarında iş vaxtından artıq olmaqla işə cəlb etmək qanun pozuntusudur. Ona cavabdeh olan qurum isə Dövlət Əmək Müfəttişliyi Xidmətidir. Lakin yoxlamalara moratorium qoyulduğundan həmin qurum da yoxlama hüququna malik deyil”.

S.Məmmədov deyir ki, problemdən çıxışı yolu qanunsuz olaraq əlavə iş saatına cəlb edilənlərin şikayət etməsindən keçir:

“Bu fonda qeyri-iş günlərində məcburi qaydada işə cəlb edilənlər şikayət etməlidirlər. Amma sonrakı taleyini nəzərə alaraq bunu da edən, demək olar ki, yox dərəcəsindədir. Çünki işdən çıxarıla biləcəyindən qorxurlar. Problem də burada qapanır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

H.Əliyevanın ailəsinə qarşı cinayət törədənlər müəyyən edildi – Zərər ödənildi - YENİLƏNİB

Trampın 1 saata 10 milyard dolları keçən yeni kriptovalyutası

Mərkəzi Bank uçot dərəcəsini azaldacaqmı? - “Fitch Ratings”in proqnozu

Azərbaycanda Aliment Fondu yaradılacaq (VİDEO)

Kanadada 2025-ci il üçün vergi dərəcələri - Təhlil

XVIII əsrə aid məscidin bərpasına başlanılır - 70 min manat ayrıldı

Faktiki hava açıqlanıb

Yasamalda istehsala yararsız ətin satışının qarşısı alındı

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb

Azərbaycan nefti ucuzlaşıb

Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat oğurlandı

ABŞ-də Ali Məhkəmədən "TikTok" qərarı - Sabaha qədər satılmazsa..

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

2025-ci ildə qızıl investorları üçün perspektivlər: Nələr gözlənilir? - SƏHƏR OXUSU

"Azer N Agro" inzibati məsuliyyətə cəlb edilib

"Qlobal artım: fərqli və qeyri-müəyyən" hesabatı - Beynəlxalq Valyuta Fondu

"HACI MİRZƏLİOĞLU"na protokol tərtib olunub

İqtisadi fəaliyyət qaydalarını pozan şirkət cərimələnir

Keçmiş deputata məxsus şirkət gömrük qaydalarını pozmaqda ittiham edilir

Ağdamla bağlı 107 milyonluq layihə - Çoxfunksiyalı yaşayış binaları tikiləcək

Nəsli kəsilmiş heyvanlar geri qayıda bilərmi? – Araşdırmalar başlandı

Yasamalda Mərkəzi Parkın tikintisinə daha 37 milyon xərclənəcək

Qiymətləri şişirdilmiş 8 yeni avtomobil: Ekspertlər onların almamağı tövsiyə edir

Parklanma xidmətindən narazılıq - Vətəndaş pozmadığı qaydanın cəriməsini ödəməli olur

"Politico": Aİ Ukraynadan tranzit dayandırıldıqdan sonra Rusiyadan rekord sürətlə qaz alıb

Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu üzrə razılığa gəliblər

Avro bölgəsində inflyasiya artdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin