BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
25418

"Koroğlu" metrostansiyasından aeroporta qədər olan məsafə təxminən 26 kilometrdir. Bu iki ərazini birləşdirən metro xətti tikilsə, azı 6-7 nöqtədə yeni metro stansiyaları açılar. Ona görə də aeroporta metro xətti çəkmək olduqca vacibdir". 

Bu sözləri BAKU.WS-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib.

Aslan Əsədov əlavə edib ki, hazırda ölkəmizdə nəqliyyatın intellektual idarəetməsi tam təşkil olunmayıb:

"İntellektual idarəetmə o demək deyil ki, hər yerə kameralar quraşdırıb müşahidə etsinlər. Bu, o deməkdir ki, insanların sıx yaşadığı ərazilərdə nəqliyyatın düzgün təşkili təmin olunsun".

O vurğulayıb ki, paytaxt yollarında sıxlığı aradan qaldırmaq üçün Xırdalan şəhərinə metro xətti hava-su kimi lazımdır:

"Düzdür, Xırdalan ərazisindən elektrik qatarı keçir. Ancaq hər kəs bu nəqliyyat növündən istifadə etmir. Buna ancaq Bakıxanova, "28 May" metropoliteni tərəfə gedənlər minir. Lakin hazırda Xırdalandan "20 Yanvar"a nə qədər avtobus gəlir. Hamısı da həm yollarda tıxac yaradır, həm də elə özü tıxacda qalır. Buna görə də Xırdalanda ən azı 2 metro stansiyası olmalıdır. Bundan başqa, Badamdar, Bayıl, 20-ci sahə istiqamətlərində də metronun olmağı vacibdir. Biz tədbirlər keçirilən vaxtlara baxırıq ki, Şəhidlər Xiyabanı tərəfdə insan sıxlığı müşahidə edilir".

Daha sonra ekspert metro xəttinin vacib olduğu ərazilərdən biri kimi Yeni Yasamalın adını xüsusi vurğuladı:

"Yeni Yasamal və Alatavanın yuxarı hissəsinə də metro çəkilməlidir. Bu ərazilərdə təxminən 25-30 min əhali yaşayır. İnsanların sayı da gündən-günə artır. Buna görə ən azından Yeni Yasamala metro vacibdir. Aerporta metro çəkilməsi məsələsinə gəldikdə isə, "Koroğlu" metrosundan bura qədər olan əraziyə metro çəkilsə, bir neçə qəsəbə və ərazidən - Sabunçu, Suraxanı, Şuşa şəhərciyi, Binə qəsəbəsi tərəflərə metro xətti keçər. Əgər bu baş tutsa 6-7 yeni metro stansiyası tikilər. Aradakı məsafə 26 kilometrdir. Bu az məsafə deyil".

Qeyd edək ki, son olaraq BAKU.WS-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirmişdi ki, metronun konseptual inkişaf sxeminə əsasən Binəqədidən başlayaraq Bibiheybət ərazisinə kimi metro xətti nəzərdə tutulub. Mavi xəttin elektrik deposu Ramanı qəsəbəsində yerləşməklə Yeni Yasamala qədər gedib çıxacaq. Ən vacib prinsip budur ki, şəhərin mərkəzinin məskunlaşması zamanı dayanılan yerdən 700-1000 metr civarında hər istiqamətdə stansiyalar olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

H.Əliyevanın ailəsinə qarşı cinayət törədənlər müəyyən edildi – Zərər ödənildi - YENİLƏNİB

Trampın 1 saata 10 milyard dolları keçən yeni kriptovalyutası

Mərkəzi Bank uçot dərəcəsini azaldacaqmı? - “Fitch Ratings”in proqnozu

Azərbaycanda Aliment Fondu yaradılacaq (VİDEO)

Kanadada 2025-ci il üçün vergi dərəcələri - Təhlil

XVIII əsrə aid məscidin bərpasına başlanılır - 70 min manat ayrıldı

Faktiki hava açıqlanıb

Yasamalda istehsala yararsız ətin satışının qarşısı alındı

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb

Azərbaycan nefti ucuzlaşıb

Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat oğurlandı

ABŞ-də Ali Məhkəmədən "TikTok" qərarı - Sabaha qədər satılmazsa..

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

2025-ci ildə qızıl investorları üçün perspektivlər: Nələr gözlənilir? - SƏHƏR OXUSU

"Azer N Agro" inzibati məsuliyyətə cəlb edilib

"Qlobal artım: fərqli və qeyri-müəyyən" hesabatı - Beynəlxalq Valyuta Fondu

"HACI MİRZƏLİOĞLU"na protokol tərtib olunub

İqtisadi fəaliyyət qaydalarını pozan şirkət cərimələnir

Keçmiş deputata məxsus şirkət gömrük qaydalarını pozmaqda ittiham edilir

Ağdamla bağlı 107 milyonluq layihə - Çoxfunksiyalı yaşayış binaları tikiləcək

Nəsli kəsilmiş heyvanlar geri qayıda bilərmi? – Araşdırmalar başlandı

Yasamalda Mərkəzi Parkın tikintisinə daha 37 milyon xərclənəcək

Qiymətləri şişirdilmiş 8 yeni avtomobil: Ekspertlər onların almamağı tövsiyə edir

Parklanma xidmətindən narazılıq - Vətəndaş pozmadığı qaydanın cəriməsini ödəməli olur

"Politico": Aİ Ukraynadan tranzit dayandırıldıqdan sonra Rusiyadan rekord sürətlə qaz alıb

Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu üzrə razılığa gəliblər

Avro bölgəsində inflyasiya artdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin