BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
23635

Ölkəmizdə fəaliyyət göstərən bankların demək olar ki, hər birinin rəqəmsal platforma üzərindən istifadə edilməsi üçün mobil proqramları var və həmin tətbiqlər əhalinin geniş istifadəsindədir. Bununla belə, bank sistemində həllini gözləyən bəzi problemlər vətəndaşları hələ də narahat etməkdədir.

Pul vəsaitini nağdlaşdırmaq funksiyasını yerinə yetirən aparatların – bankomatların azlığı da həmin problemlər sırasındadır. Nağdlaşdırma aparatlarının az olması ilə bağlı narazılıqlar bu gün də aktualdır.

Araşdırdıqda məlum olur ki, ölkəmizdə bankomat sayına görə ilk sırada dayanan bank şirkəti “Kapital Bank”dır. Bankın mətbuat xidmətindən verilən məlumatda “Kapital Bank”ın ümumilikdə 1000-dən çox bankomatının olduğu bildirilib. Diqqətə çatdırılıb ki, rəqəmlər mütəmadi olaraq dəyişir.

“Azərbaycan Beynəlxalq Bankı” siyahıda ikinci yerdə qərarlaşıb. Bankın mətbuat xidmətindən bildirildi ki, ölkə üzrə ümumilikdə 929 bankomat müştərilərin istifadəsindədir. Qeyd olundu ki, onlardan 196-sı yeni nəsildir.
 
Digər bankların göstəriciləri isə təəssüfləndirir. Yetərincə tanınan, əhalinin geniş istifadəsində olan bankların böyük əksəriyyətində bankomatların sayı 17-117 aralığındadır. Üstəlik, bu rəqəm bəzən yalnız payxtaxt ərazisini əhatə edir. Digər bir məqam isə sözügedən bankların bir çoxunun bölgələrdə bankomatlarının və mərkəzlərinin olmamasıdır.

Xarici təcrübədə xidmətlərdən yararlanmaq istəyənlərin əziyyət çəkməməsi üçün vahid bankomatların quraşdırılması təcrübəsi də var. Təəssüf ki, bu günə qədər ölkəmizdə məsələnin həlli istiqamətində hər hansı bir real addım atılmayıb.

Çıxış yolu nədir?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov açıqlamasında bildirib ki, banklar xərclərini azaltmaq üçün bankomatlardan minimum səviyyədə istifadə edirlər:

“İstənilən bankomatın quraşdırılması əlavə xərc tələb edir. Bankomatların olması həmin bankların xidmət sahəsinə aiddir. Məlumdur ki, ölkəmizdə fəaliyyət göstərən bankların böyük əksəriyyətinin xidmət səviyyəsi bərbad vəziyyətdədir. Yalnız bəzi normal fəaliyyət göstərən banklar da var. Xarici təcrübəyə əsasən bankomatların sayının yetəri qədər olması mütləqdir. İkinci bir məsələ rəqabət məsələsidir. Lakin bizdə bankların əsasən müştəriləri maaş və pensiya alan şəxslərdir. Belə olduğu halda əlavə bankomatlar quraşdırılsa belə, onun üçün çəkilən xərci geri qaytara bilmirlər. Məhz bu səbəbdən də banklar bunu özləri üçün əlavə xərc hesab edirlər. Ölkəmizdəki banklar arasında rəqabət Avropada olan səviyyəyə çatdıqda bankomatların sayının artırılması məsələsi gündəmə gələ bilər. Hazırda bir o qədər də rəqabət yoxdur. Ona görə də şirkətlər bir o qədər də maraqlı deyillər”.

Ə.Həsənov bu aparatların quraşdırılması üçün çəkilməli olan xərclərdən də danışıb: “Həmin avadanlığının özünün qiyməti var. Daha sonra yerləşdiriləcəyi məkanın alınması və icarəsi məsələsi var. Digər bir məsələ isə həmin bankomatlara proqram təminatının əlavə edilməsi, onun şəbəkəyə, mərkəzi sistemə qoşulmasıdır. Həmin bankomatlara mütəmadi olaraq texniki xidmətin göstərilməsi və aparatların pul əskinasları ilə təchiz edilməsi məsələləri də bank üçün əlavə xərc hesab edilir. Görünür, elə buna görə də banklar mümkün qədər az bankomatlar yerləşdirirlər”. /Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"El-Babatürk" MMC-nin 38 min manat vergi borcu var

Biznes dünyasına yeni milyarder gəldi

1-2-ci siniflər üçün 3 milyonluq dərslik buraxılacaq

Bakının bu küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq

“Uber Azərbaycan” 20 min, direktoru 5 min cərimə olundu

"Şahdağ"da otel otaqlarının günlük Qiyməti

Laçın şəhərinin Baş planı təsdiqləndi

Expressbankın İdarə Heyətinə yeni TƏYİNAT

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Laçın Rayon Mərkəzi Xəstəxanası tikiləcək

12 yaşlı uşaq bir gündə 6 800 manat pul qazanıb

Xəstəxanalarda qiymətlər bahalaşdı

İsrail-İran müharibəsi: Dollar təhdid altındadır

Deputat: Necə deyə bilərsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?!

"Unibank" rəhbərliyində yeni təyinat olub

Karqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib?

AZAL 3 şəhərə uçuşları ləğv etdi

AZAL 3 şəhərə uçuşları ləğv etdi

Rəqəmsal etika nədir və niyə olmalıdır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin