Regionlarda fəaliyyət göstərən qadın fermerlərə dəstək tədbirləri davam etdirilir <span style="color: #ff0000;">(FOTOLAR)</span>

Redaktor

05.08.2022 18:05
519

Regionlarda fəaliyyət göstərən qadın fermerlərə dəstək tədbirləri davam etdirilir (FOTOLAR)

Azərbaycan hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında Tərəfdaşlıq Proqramı (FATP) Sazişi üzrə layihələr uğurla icra olunur. Proqram çərçivəsində icra olunan “Aqrar sahədə qadınların iqtisadi güclərinin artırılması” layihəsinə əsasən qadın fermerlərə dəstək tədbirləri davam etdirilir. 

İndiyədək 12 hədəf regionundan 300-ə yaxın qadın fermeri birləşdirən bu layihədə bağçılıq, arıçılıq, heyvandarlıq, quşçuluq, aqroturizm, qida təhlükəsizliyi, marketinq və satış üzrə təlimlər keçirilib,  qadın fermerlər tərəfindən təqdim olunmuş 245 biznes plan təsdiqlənib. Təsdiq edilmiş biznes planlara əsasən 13 təsərrüfat damcı suvarma sistemi, 83 təsərrüfat arıçılıq avadanlığı, digər təsərrüfatlar isə quşçuluq, südçülük, qida emalı və məhsul yığımı üçün alətlər və avadanlıqlarla təmin ediliblər. 14 qadın qrupuna bizneslərinin təşviqi və məlumata çıxışın təmin olunması məqsədilə komputer avadanlıqları verilib.
 
Bununla yanaşı, kənd yerlərində qadınların məşğulluğu, start-up və sahibkarlıq üçün texniki dəstək sahələrində ən yaxşı təcrübələrlə tanış olmaq məqsədilə Türkiyəyə təlim səfəri təşkil edilib. Səfərdə aidiyyəti dövlət qurumlarının əməkdaşları, layihə benefisiarları, o cümlədən müvafiq sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Layihənin növbəti mərhələsində fermerlərə texniki dəstəyin göstərilməsi davam edəcək və bazarlara çıxışları daha da genişləndiriləcək.

Qeyd edək ki, Azərbaycan hökumətinin maliyyə dəstəyi, Aqrar Kredit və İnkişaf Agentliyinin koordinasiyası və FAO-nun texniki dəstəyi ilə icra olunan “Aqrar sahədə qadınların iqtisadi güclərinin artırılması” layihəsinin məqsədi kənd təsərrüfatının müxtəlif sahələrində çalışan qadınların bilik və bacarıqlarını artırmaq, məşğulluğunu təmin etmək, onları lazımi avadanlıqlarla təchiz etməklə bizneslərinin inkişafına dəstək göstərməkdir.

{gallery}

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...