BAKU Azərbaycan
30.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
22782

Vətəndaşlara borc pul verən xidmətlərdən biri də lombardlardır. Lombardların mexanizmi belədir ki, borc istəyən şəxs müəyyən dəyərli əşyasını girov kimi qoymalıdır. Bu girovun müqabilində də lombardlar insanlara müəyyən məbləği borc verir. Girov kimi zinət əşyaları, daşınmaz əmlak, nəqliyyat vasitəsi, texnoloji avadanlıqlar və s. qoyula bilər. 

Borc götürən əsas məbləğlə yanaşı, faizi də ödəməlidir. Lombardların digər borc verənlərdən fərqi ondadır ki, girov qarşılığında dəyərindən dəfələrlə az məbləğ borc kimi verilir. Həmçinin faizlər də dəfələrlə çox olur. Lombardların fəaliyyəti qeyri-qanuni olduğu üçün qoyduğunuz girovun geri qaytarılmaması və ödədiyiniz borcun batması ehtimalı var. Amma insanlar bunu bilə-bilə yenə də lombardlara müraciət edirlər.

Milli Məclisdə lombardlarla bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Millət vəkillərinə təqdim olunmuş “Lombardlar haqqında” qanun layihəsinə görə onlara lisenziya veriləcək. Bəs lombardlara lisenziya verilməsi onların xidmətinə necə təsir göstərəcək?

İnsanları necə aldadırlar?

İqtisadçı Murad Calalov deyir ki, əslində, lombardlar borcu öz vəsaitlərindən vermirlər. Krediti verən banklar idi: “Azərbaycanda lombard deyəndə qızıl-zinət əşyalarını girov qoyub əvəzində pul vəsaiti əldə etmək nəzərdə tutulur. Əslində əvvəllər lombardlar yox idi. Lombardlar krediti götürən və verən arasında vasitəçi rolunu oynayırdılar. Banklar, bilavasitə krediti verən idi. İnsanlar da bilmirdi ki, qızılları lombardda deyil, bankda saxlanılır. Məbləğ ödənildikdən sonra girovu qaytarmaqla bağlı lombardlarla insanlar arasında problem yaranırdı. Çünki kredit verən banklarla lombardlar arasında faizlər, qayda-qanunlar üst-üstə düşmürdü. İnsanlar bilmədən bankın girovuna çevrilirdilər. Banklar borca ehtiyacı olan müştərilərə kreditləri lombardlar vasitəsilə, mallarını iki dəfə ucuz qiymətə girov götürüb, iki dəfə baha faizlə təklif edirdilər”.

“Xidmət səviyyəsini artırmağı düşünmürlər”

İqtisadçı Eldəniz Əmirov bildirir ki, insanlar lombardların fırıldaqçılığını görsələr də, ona üz tutanların sayı günü-gündən artır: “Azərbaycanda lombardların və müraciət edən insanların sayı əvvəlki illərlə müqayisədə artıb. Səbəbi də daha az əməklə vəsait əldə etmək istəyidir. Müraciət edənlərin sayının artması xidmət səviyyəsini aşağı salır. Lakin insanlar hələ də verilən əmanətlərə sahib çıxa bilməyən, digər xidmətlərin aşağı səviyyədə olduğu lombardlara müraciət edir. Ona görə də, özlərinə başqa rəqib görməyən lombardlar xidmət səviyyələrini artırmaq haqqında düşünmürlər. Vətəndaşların məmnunluq səviyyəsinin nəzərə alınması üçün bu məsələ ilə bağlı ciddi qanunvericilik tələblərinin qoyulmasına və nəzarət mexanizminin yaradılmasına böyük ehtiyac var”.

Qeyri-leqal fəaliyyət göstərirlər, çünki...

İqtisadçı Pərviz Heydərovun fikrincə, bankların lombard fəaliyyəti ilə məşğul olmasının bir sıra səbəbləri var: “Lombardlar bank xidmətinin tərkib hissəsi olaraq mövcud olsa, daha yaxşıdır. Banklar tərəfindən lombard xidmətləri fəaliyyət göstərir, lakin bu sahədə qeyri-leqal xidmət təklifləri də mövcuddur. Bu da banklar tərəfindən göstərilən lombard xidmətlərinin tələblərə uyğun gəlməməsi, şərtlərin əlverişli olmaması ilə bağlıdır. Çatışmazlıqlar olmasa, qeyri-leqal lombardlar da mövcud olmaz. Qeyri-leqal lombardların olması, həm də vətəndaşların bu sahədə məlumatsızlığı ilə əlaqədardır”.

Bu sahədə görülməli işlər

P.Heydərovun sözlərinə görə, lombard krediti sahəsində müəyyən tədbirlərin görülməsi vacibdir: “Lombard mexanizmi sahəsində qanunvericilikdə müvafiq təkmilləşdirmə işlərinə, stimullaşdırıcı xarakter daşıyan tədbirlərə ehtiyac var. Ona görə də, qanunun qəbulu mümkün dərəcədə tezləşdirilməlidir. Vətəndaşların lombard xidməti sahəsində müvafiq anlayışı, iqtisadi savadlılıq dərəcəsi olmalı, bu sahə keyfiyyətli şəkildə bazar iqtisadiyyatına uyğun qurulmalıdır”. 

Qanun qəbul olunarsa...

M.Calalov isə deyir ki, lombardların fəaliyyəti ilə bağlı qanun qəbul edilsə, bu sahənin inkişafı üçün şərait yaranar: “Hər lombard məntəqəsinin öz qayda-qanunu olmamalıdır. Qanun qəbul edilsə, bu sahədə nizamlanma yaranar. Lombardların fəaliyyəti qanunla tənzimlənərsə, sayları azalar, düzgün şəkildə işləyər, öz faiz dərəcələri olar. Az və ya çox faiz tətbiq etməklə, aralarında rəqabət də yaranar”.  

Mənbə: "Kaspi" qəzeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu məhsullar bahalaşacaq –SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"El-Babatürk" MMC-nin 38 min manat vergi borcu var

Biznes dünyasına yeni milyarder gəldi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin