Bu gün Bakıda Milli Geyim dəfiləsi keçiriləcək

Redaktor

06.05.2022 10:03
1,148

Bu gün Bakıda Milli Geyim dəfiləsi keçiriləcək

Mayın 6-ı saat 19:00-da Bakıda "Qarabağ Azərbaycandır! Şuşa- Ənənədən Gələcəyə” adlı böyük dəfilə gecəsi keçiriləcək.
 
 
Bakı Milli Geyim Evi tərəfindən təşkil edilən, 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində qazanılmış böyük Qarabağ zəfərimizə və Cənab Prezidentimiz tərəfindən elan olunmuş 2022-ci il "Şuşa İli”nə həsr olunan dəfilə gecəsi Daş Salnamə Muzeyində təqdim olunacaq.
 
 
Dəfilədə Qarabağ və Şuşaya aid 40-a yaxın qadın və kişi milli geyimləri, həmçinin, araqçınlar nümayiş olunacaq.
 
Qeyd edək ki, tədbirdə dövlət qurumları, səfirliklər, ictimai və mədəniyyət sahəsində çalışan tanınmış şəxslər, KİV-in nümayəndələri iştirak edəcək.
 
 
Məlumat üçün bildirək ki, Bakı Milli Geyim Evi yüzlərlə milli geyim hazırlayıb. Demək olar ki, bütün bölgələrimizin milli geyim mədəniyyətini özündə əks etdirən libaslarımızdan həm ölkəmizdə keçirilən müxtəlif bayram və şənliklərdə, mədəni tədbirlərdə, mərasimlərdə istifadə olunub, həm də xarici ölkələrdə keçirilən, Azərbaycanımızın milli-mədəni dəyərlərinin təbliğ edildiyi festival və tədbirlərdə təqdim edilib. Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyi başda olmaqla, bir sıra səfirliklərimizin geyimlərini hazırlayıb. Həmçinin, Amerikada keçirilən "İpək Yolu” festivalında Bakı Milli Geyim Evi tərəfindən hazırlanmış Azərbaycanın tarixi-milli dəyəri olan geyimlər sərgiləyib. Eləcə də, Los-Anceles şəhərində dahi bəstəkarımız Üzeyir Hacıbəylinin yubileyinə həsr olunmuş "Arşın Mal Alan” tamaşasının geyimləri də məhz Bakı Milli Geyim evi tərəfindən hazırlanıb. Rusiya, Türkiyə, Amerika, Cənubi Koreya, Çin (2 dəfə), Fransa, Ərəb ölkələri, Özbəkistan və sair kimi ölkələrdə dəfilə və sərgiləri keçirilib.
 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...