BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.926
  • RUB
    2.1283
  • TRY
    0.0438
  • GBP
    2.2826
18868

Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi "AzEduNet” MMC ilə maliyyə dəyəri 4 999 999.01 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilədə ümumtəhsil məktəblərinin yüksək sürətli internet şəbəkəsinə qoşulması, pandemiya dövründə şagirdlərin təhsilə cəlb olunmasını təmin etmək məqsədilə distant təhsilin təşkili ilə əlaqədar məktəblərin fiberoptik kabellə internətə qoşulması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "AzEduNet” MMC 14 dekabr 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 6 340 000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Məhəmməd İbn Hinduşah Naxçivani küçəsi, ev 22, mənzil 49-da yerləşir. MMC-nin qanuni təmsilçisi Yəhyayev Natiq Rza oğludur. 

Mediada yayılan məlumatlara görə, "AzEduNet” MMC Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin sabiq rəisi, hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışan Samir Məmmədova yaxın şirkətdir. MMC-nin təsisçiləri Haciyev Fuad Bəyalı oğlu və  Həsənov Heydər Elmar oğludur. "AzEduNet”in qanuni təmsilçisi Natiq Yəhyayev həm də MMC-nin direktoru vəzifəsini daşıyır. 

Samir Məmmədov Təhsil Nazirliyində idarə rəisi vəzifəsində çalışarkən "AzEduNet” MMC ilə maliyyə dəyəri milyonlarla manatla ölçülən müqavilələr imzalanıb. Bu barədə internet resurslarında çoxsaylı materiallara rast gəlmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yeni hesabat fəlakəti üzə çıxardı: AI mühəndisləri şantaj etməyə çalışır

"Bitcoin" 108 min dollara düşdü

İş yerində diqqət dağınıqlığı - 7 üsulla xilas ola bilərik - SƏHƏR OXUSU

"Ticarət bir daha heç vaxt əvvəlki kimi olmayacaq" - ECB prezidenti

QSC valyuta vəsaitlərini ölkəyə qaytarmadığına görə cərimə edilib

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

"Apple" ağıllı eynəklərinin buraxılış tarixi məlum oldu

“Azeri Med” daha bir tenderin qalibi seçildi

Avropa ölkəsi yeddi saatlıq iş rejiminə keçə bilər

Azad edilmiş ərazilərdə yaşayanların sayı açıqlandı

10 manatlıq şirkətin onluq vergi borcu üzə çıxdı

Bill Qeyts və Stiv Cobsun rəqabəti necə başladı? - Biznes filmləri

Pakistanın Baş naziri bu tarixdə Azərbaycana səfər edəcək

Süni intellekt kriptovalyutanı necə oğurlayır?

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Sertifikatlaşdırılmaya cəlb olunacaq müəllimlərin sınaq imtahanı keçiriləcək

Dünyada yeni kompüter virusu yayıldı – Bütün məlumatları ələ keçirir

Film kimi dələduzluq: DSMF "əməkdaşı" kirayə ev tutdu, qazinin xanımını aldatdı

Harvard Universiteti Tramp Administrasiyasının qərarına görə məhkəməyə ÜZ TUTDU

Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi®

“Windows” istifadəçilərinə xəbərdarlıq – Təhlükəli virus yayılıb

2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək

Bu ölkə "Telegram"ı blokladı

Azərbaycanda 6 vəkil cəzalandırıldı

Ölkəmizdə “International HR Summit 2025” tədbiri keçirilib

1996-cı ilin "ÇEK"ləri satılıb - FOTO

Mərkəzi Bank rəhbərliyi nə qədər qazanır?

Zaminin maaşından borc nə qədər tutula bilər? - AÇIQLAMA

Sabah Bakının bu küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin