BAKU Azərbaycan
27.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
14841

"London taksiləri” bir müddətdən sonra sıradan çıxıb, yararsız hala düşəcək”.

Valyuta.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli pandemiya vaxtı istifadəsiz qalan "London taksiləri”nin sonrakı aqibətindən danışarkən deyib. 

Onun fikrincə, bu taksilərin istifadəyə yararsız olduğunun yeganə səbəbi hökümətin taksi bazarına əl qoymasıdır:

"Hökumətin nəyinə lazım idi taksi bazarına daxil olsun? Bizdə dövlət hər bir sahədə aparıcı rol almağa çalışır. Dövlət iqtisadiyyatda ən pis menecer olduğuna görə nəticə etibarı ilə də dövlət şirkətləri, dövlətin əlində olan resurslar effektsiz darə olunur. "London taksiləri”nə ehtiyac vardısa, dövlət yaxşı şərtlərlə tender elan edərdi və  şəhərin gözəlliyini təmin etmək, qonaqlara yaxşı xidmət göstərmək üçün vergidən, yaxud da gömrükdən bir neçə illik azad olunmaq şərti ilə onlara imkan yaradılardı. Bu da özəl şirkətlərin məntiqi ilə olsaydı, heç taksi boş qalmazdı”. 

Natiq Cəfərli qeyd edib ki, dövlətin nəzarəti var deyə bu taksilər heç kimindir: 

“Əslində onu idarə edənlər daha çox pul qazanmağa çalışırlar, nəinki vətəndaşlara xidmət və gündəlik sürücülərin güzaranını düzətmək üçün. Taksi xidməti ölkədə nadir sahələrdən biridir ki, ciddi rəqabətli mühit var və özəl şirkətlərin və fərdi sahibkarlığın bu bazarda daha geniş təmsil olunması həm qiyməti ucuzlaşdırdı, həm xidmətin keyfiyyətini artırdı. Bu bir daha sübut edir ki, rəqabətli mühit nə qədər vacib amildir”.
 
Natiq Cəfərli qeyd edib ki, 2014-cü ilə nisbətən Azərbaycanda hər şeyin qiyməti qalxdığı halda taksi xidmətini qiyməti sabit qalıb:

"Bu da rəqabətli mühitə borcludur. Dövlət indi atdığı addımdan dərs çıxarmalıdır. Həmin şirkətlərin birinə ölkədə fəaliyyət göstərən və mobil uyğulamalar üzərindən sifarişlər alan şirkətlərə müraciət edə bilər ki, həmin maşınları onlar simvolik bir qiymətə icarəyə götürsünlər. Nəyə görə simvolik? Çünki baha olsa heç kim götürməyəcək. Boş və xarab olmaqdansa onlar götürüb işlədə bilərlər və bu əlavə iş yerlərinin yaradılması deməkdir. Artıq dövlət düşünməlidir ki, bu pulu itirib, çünki bu işə girişməməli idi. Heç olmasa insanlar indi iş yeri qazansın deyə bunu özəl şirkətlərə icarəyə verməlidirlər. Özəl şirkətlərlə uzun müddətli icarə müqavilələri bağlanmalı və həmin maşınlar özəl şirkətlərə verilməlidir. Bunun başqa çıxış yolu yoxdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Google" şəxsi nömrələri ifşa edən boşluğu bağladı

Niyə varlılar pulu daha ehtiyatla xərcləyirlər?

Azərbaycan neftinin qiyməti 71 dollara yaxınlaşıb

“Azərbaycanda marka yaratmağa ən böyük əngəl Sədərəkdir” - 17 illik Azərbaycan təcrübəli Burak Kölemen

“Azərbaycanda marka yaratmağa ən böyük əngəl Sədərəkdir” - 17 illik Azərbaycan təcrübəli Burak Kölemen

"OpenAI" illik gəlirini 10 milyard dollara çatdırdı

Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb - QİYMƏT

Türk lirəsi bahalaşdı

"Bitcoin" 110 min dollara yaxınlaşır - Altcoinlər dəyərlənir

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir - SƏHƏR OXUSU

CV-də qeyd etməli olduğunuz ən yaxşı 10 bacarıq

Bu məhsul Azərbaycana ucuz gəlir, baha satılır

Tərkibində qızıl tozu olan kürünün 1 kiloqramı 193 min manata satılır

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

17 yaşında dünyanın ən bahalı futbolçusu oldu

Direktor təqaüdə göndərildi - Yerinə polkovnik təyin edildi (FOTO)

19 yaşında qurduğu brendi indi 230-dan çox ölkədə satılır

Bu ölkədən gənəgərçək yağını 6 min manata alırıq

"Amazon"un baş direktoru gənclərin 20 yaşlarında yol verdiyi əsas səhvi açıqladı

Dahilərdən pul haqqında 10 sitat

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

126 minlik dələduzluqda təqsirləndirilən həkimlərə HÖKM OXUNDU

Bu ölkə Azərbaycana 20 manatdan noxud satıb

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar (SİYAHI)

Rəqabətli əmək bazarında şəxsi brendə sahib olmaq niyə vacibdir?

Bu şəxslərə ildə 1440 manat verilir –Bir şərtlə

Sabah hava necə olacaq?

Azərbaycana zərərli makaronlar gətirilib?- Rəsmi açıqlama

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin