Redaktor
Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar - SİYAHI
Bu ilin yanvar ayında əvvəlki aya nisbətən daha çox bahalaşma balıq məhsullarının, uşaq qidası üçün quru süd qarışığının, kərə, günəbaxan və qarğıdalı yağlarının, süfrə marqarininin, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, qozun, fındığın, şabalıdın, ağ kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, balqabağın, sarımsağın, soğanın, kartofun, ucuzlaşma isə əsasən makaronun, təzə balığın, yumurtanın, portağalın, bananın, yerkökünün qiymətlərində müşahidə olunub.
Valyuta.az rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin yanvar ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz təşkil edib.
Yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma kərpicin, sulu boyaların, pambıq parçaların, çilçıraqların, zərgərlik məmulatlarının, ucuzlaşma isə kəsilmiş taxtaların, laminat parketlərin, yazı kağızlarının qiymətlərində müşahidə olunub.
Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.