Səfər Mehdiyev qurumu ilə bağlı mediada səslənən iddiaları əsassız adlandırdı

Redaktor

24.05.2021 18:59
1,197

Səfər Mehdiyev qurumu ilə bağlı mediada səslənən iddiaları əsassız adlandırdı

“Son günlər bəzi ekspertlər və media orqanları tərəfindən idxal əməliyyatları zamanı bütün malların gömrük dəyərinin süni surətdə artırıldığı iddia edilir ki, bu da əsla həqiqətə uyğun deyil”.

Valyuta.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Qafqazinfo.az-a müsahibəsində söyləyib.

Onun sözlərinə görə, Azərbaycan gömrük xidməti beynəlxalq aləmdə tətbiq edilən, Ümumdünya Gömrük Təşkilatı tərəfindən tövsiyə olunan üsullar və yanaşmalar əsasında fəaliyyətini formalaşdırıb: 

“Hazırda gömrük əməliyyatları risk əsaslı gömrük nəzarət tədbirləri əsasında həyata keçirilir ki, bu da insan amilinin mümkün dərəcədə aradan qaldırılması, müasir metodologiyaları özündə ehtiva edən xüsusi proqram təminatının tətbiqi ilə reallaşdırılır. Yəni gömrük orqanlarına ötürülən hər hansı gömrük bəyannaməsi proqram təminatı vasitəsilə analiz olunur, risk amili ortaya çıxdığı təqdirdə araşdırma aparılır”.

Onun fikrincə digər tərəfdən xarici ticarət iştirakçıları tərəfindən həyata keçirilən idxal əməliyyatlarının fərdi qaydada yoxlamaya məruz qalması fiziki baxımdan da mümkün deyil: 

“Belə ki, gün ərzində gömrük orqanları tərəfindən iki minə yaxın gömrük bəyannaməsi emal edilir. Bu bəyannamələrin tək-tək incələnməsi günlərlə, həftələrlə vaxt tələb edir ki, bu da istər sərhədkeçmə, istərsə də rəmiləşdirmə proseslərinin ləngiməsi və nəticə olaraq təchizat zəncirinin davamlılığının pozulmasına gətirib çıxara bilər. Onu da qeyd edim ki, 2020-ci ildə ümumi idxal əməliyyatlarının yalnız 5 faizi ətrafında gömrük dəyəri ilə bağlı risklər yaranıb və dəyərin təshih olunması həyata keçirilib”.

DGK sədri, avtonəqliyyat vasitələrinin idxalı prosesi zamanı gömrük orqanlarının kütləvi şəkildə gömrük dəyərini süni şəkildə artırdığına dair səslənən iddiaların da həqiqətə uyğun olmadığını diqqətə çəkib: 

“Sadəcə bir faktı qeyd etməklə bu iddialara aydınlıq gətirmək olar. Belə ki, 2020-ci ildə ölkəyə idxal edilən avtonəqliyyat vasitələrinin yalnız 4 faizinin bəyanetmə prosesində gömrük orqanlarına yanlış məlumatlar təqdim edilib və dəyər yenidən müəyyənləşdirilib. Digər hallarda isə vətəndaşlar tərəfindən təqdim olunan sənədlərdə hər hansı uyğunsuzluq aşkar olunmayaraq rəsmiləşdirmə başa çatdırılıb”.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...