Qızılın qiyməti artdı: İşğaldan azad olunmuş ərazilərimizdəki mədənlər bazara necə təsir edəcək?

Redaktor

04.02.2024 18:47
1,081

Qızılın qiyməti artdı: İşğaldan azad olunmuş ərazilərimizdəki mədənlər bazara necə təsir edəcək?

Ölkələrin iqtisadi inkişaf, maliyyə dayanıqlığı göstəricilərindən biri də qızıl istehsalı və ya ehtiyatının həcmidir. Azərbaycanda da qızıl mədənləri mövcuddur. Həmin mədənlərdən hasil edilən qızılın miqdarı müəyyən dövrlər üzrə dəyişkəndir. Hazırkı statistika isə azalan istiqamətdədir. Dövlət Statistika Komitəsi xəbər verir ki, 2023-cü ildə Azərbaycanda 2 min 614 kiloqram qızıl hasil edilib. Bu rəqəmlər 2022-ci ilin göstəricilərindən 17,7 faiz azdır.

Bəs hasilatın azalmasına səbəb nədir? İşğaldan azad olunmuş ərazilərimizdəki qızıl mədənlərində hasilat prosesi başlayıbmı?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib ki, hasilatın artırılması üçün yüksək texnologiyaların cəlb edilməsi lazımdır:

“Bütün hallarda nəzərə almalıyıq ki, bu sektor Azərbaycan üçün yenidir. Ona görə də mütəmadi olaraq, illik göstəricilərin dəyişməsini müşahidə edə bilirik. Bu da məhz həmin sektorun yeni olması və daha çox texnologiya tələb etməsi ilə bağlıdır.

Amma nəzərə almalıyıq ki, Zəngilanda və Kəlbəcərdə ehtiyatlarımız kifayət qədər böyükdür. İşğaldan azad edilən ərazilərimizdəki ehtiyatlarımızın böyük olması qızıl hasilatının artırılmasına imkan yaradacaq. Növbəti illərdə Azərbaycanda qızıl hasilatının artacağı gözlənilir. Çünki işğaldan azad olunmuş ərazilərimizdə daha intensiv şəkildə qızıl hasilatı mümkündür”. 

İqtisadçı Elmir Səfərli bildirib ki, qızıl hasilatımız artırıldıqdan sonra dünya birjalarına da çıxmağımız mümkün olacaq:

“Azərbaycanda qızılın istehsalı ən çox Daşkəsən, xüsusən də Qarabağ zonasına düşür. Nəzərdə tutulur ki, gələcəkdə Qarabağ zonasında qızıl hasilatını artırmaq üçün o yataqlara yenidən baxışlar keçirilsin və resursların imkanları araşdırılsın. Gələcəkdə işğaldan azad olunan ərazilərdə də qızıl yataqlarının işlənməsinə başlanılacaq. Başlandıqdan sonra artıq istehsal da artacaq. İstehsal artdıqdan sonra həm yerli tələbatı ödəyə biləcəyik, eyni zamanda dünya birjalarında da qızılla bağlı fəaliyyətlər gerçəkləşdirmək mümkün olacaq”. 

E.Səfərlinin fikrincə, qızılın qiymətində istehsal faktorları, maya dəyəri önəmlidir. Amma qızılın qiyməti maya dəyərindən asılı olmayaraq dünya birjasında tənzimlənir:

“Son dönəmlərdə qızılın qiymətində artımlar müşahidə olunur. 2023-cü ilin sonuna yaxın dünya birjasında qızılın qiyməti ən pik həddə çatıb. Hətta 2024-cü ilin ilk rübündə 2000 dollar həddini görə bilərik. Təbii ki, qiymət yüksəldikcə qızıla olan tələbat da azalır. Qiymət yüksəldikcə insanlar qızıldan yalnız investisiya məqsədilə istifadə edirlər. Tələbat azaldığına görə, qızılın istehsalı da aşağı düşür”. 

Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev qeyd edib ki, hasilatçılardan xam qızıl əldə edilməsi mümkün deyil deyə, hasilatın azalması zərgərlik sektoruna təsir etməyəcək:

“Bəli, əvvəlki dövrlə müqayisədə qızıl hasilatı nisbətən aşağı düşüb. Buna təsir edən müəyyən obyektiv səbəblər var. Amma hasilatın aşağı düşməsinin zərgərlik məmulatlarının istehsalına ciddi təsir etməsi gözlənilmir. Çünki yerli hasilatçılardan çox da böyük həcmdə xam qızıl əldə edilmir. Bu səbəbdən, hasilatın azalmasını zərgərlik sənayesinə təsir edən ciddi amil kimi qəbul etmək olmaz”. 

Sədrin sözlərinə görə, əvvəllər bazarda qramı maksimum 62 dollar olan xam qızılın qiyməti indi 66 dollara qalxıb:

“Qiymətlərin yüksəlməsinə hasilat təsir etmir. Qiymətli metalların birja qiymətində artım müşahidə edilərsə, o zaman qiymətlərdə artım ola bilər. Bu gün qiymətlərdəki artımı müşahidə edirik. 999 əyarlı bir qram xam qızılın qiyməti 65-66 dollar civarındadır. Halbuki uzun müddət 58-60 dollar civarında idi. Bəzi hallarda 62 dollara qədər qalxırdı. Amma son bir neçə aydır stabil olaraq 65-66 dollar həddindədir. Bu da zərgərlik məmulatlarının qiymətinin artmasında rol oynayacaq”. 

Məsələ ilə bağlı “AzərGold” QSC-dən bildirilib ki, onların qızıl istehsalında heç bir problem yoxdur. 2023-cü ildə şirkət tərəfindən 63,7 min unsiya qızıl hasil edilib. Bu “AzerGold”un fəaliyyət dövrü ərzində ən yüksək illik göstəricidir:

“Beləliklə, qızıl hasilatı plandan 2%, gümüş hasilatı isə 6% artıq icra edilib. 2022-ci illə müqayisədə 2023-cü ildə qızıl hasilatında 1,7 min unsiya və ya 3% artım qeydə alınıb”.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...