Redaktor
Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?
Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə (84.82 Mbit/s) bu ilin oktyabr ayında 156 ölkə arasında 84-cü yerdə qərarlaşıb.
Valyuta.az “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bu ilin sentyabr ayı ilə müqayisədə isə 1 pillə geriləyib.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən oktyabr ayında birinci yeri Sinqapur (406.14 Mbit/s), axırıncı yeri isə Suriya (3.51 Mbit/s) tutub.
Azərbaycan oktyabrda mobil internetin sürətinə görə isə 79.94 MB/S sürətlə 104 ölkə arasında 53-cü olub. Qeyd edək ki, sentyabr ayında Azərbaycan 52-ci sırada idi.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (652.87 Mbit/s), sonuncu yeri isə Boliviya (13.96 Mbit/s) tutub.
Mayya Hüseynova