Redaktor
Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr - CƏDVƏL
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 2 milyard 649 milyon 165,33 min ABŞ dolları dəyərində qeyri-neft məhsullarının ixracını həyata keçirib.
Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft məhsullarının ixracında 184 milyon 76,3 min ABŞ dolları dəyərində və ya 7,46% artım deməkdir.
Ötən ilin eyni dövrünün statistikasına görə, Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsullarının dəyəri 2 milyard 465 milyon 089.03 min ABŞ dolları dəyərində olub.
Belə ki, qeyri-neft məhsullarının ixracında ölkələr sırasında ilk Rusiya qərarlaşıb. Bu ölkəyə 878 milyon 925.07 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Sonuncu yerdə isə Türkmənistan qərarlaşıb. Bu ölkəyə 49 milyon 006.69 min ABŞ dolları dəyərində məhsul ixracı həyata keçirilib.

Sərvanə Rəmixanova