Prezident DSX-nın yeni hərbi hospital kompleksinin açılışında iştirak etdi (YENİLƏNİB/FOTO)

Redaktor

15.01.2024 11:38
580

Prezident DSX-nın yeni hərbi hospital kompleksinin açılışında iştirak etdi (YENİLƏNİB/FOTO)

Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib.

Valyuta.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Sonra Bakının Fətəli xan Xoyski küçəsi, 99 ünvanında yerləşən hospital kompleksi barədə dövlətimizin başçısına məlumat verildi.

Bildirildi ki, hərbi hospitalın köhnə binası XX əsrin 70-ci illərində inşa olunub. Yeni hərbi hospitalda ən son elmi-texniki nailiyyətlərə və müharibə təcrübəsinə əsaslanan tibbi müayinə və müalicə imkanları yaradılıb. Dünyanın qabaqcıl ölkələrində istehsal olunan tibbi avadanlıqlarla təchiz edilmiş hərbi hospitalın ürək-damar cərrahiyyəsi, invaziv kardiologiya, nevrologiya və digər tibbi fəaliyyət sahələri xəstələrə ən yüksək səviyyədə çoxfunksionallı xidmət göstərəcək.

Səkkiz mərtəbədən və köməkçi binalardan ibarət hərbi hospitalın inşası müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilib. Ümumi sahəsi 24.760 kvadratmetr olan 240 çarpayılıq binada 903 otaq, 17 şöbə, 80 palata mövcuddur. Hərbi dövrdə çarpayı sayının 700-ə çatdırılması imkanları vardır. Burada yaradılan Təcili Tibbi Yardım Mərkəzi durumu son dərəcə kritik olan xəstələrin 24 saat qəbulunu həyata keçirməyə imkan verəcək.

İl ərzində hərbi hospitalda 100-110 min ambulator, 17 min-20 min xəstə stasionar müalicə oluna bilər.

Hərbi hospitalın cərrahiyyə şöbəsində quraşdırılan avadanlıqlar istənilən növ ağır əməliyyatları aparmağa imkan verir. Tibb ocağında 11 əməliyyatxanadan ibarət xüsusi blok yerləşir. Hospitalda uçuş heyətinin və dalğıcların müayinəsi və müalicəsi üçün respublikada ən müasir hiperbarik oksigenasiya avadanlığı (barokamera) quraşdırılıb.

Binada gözləmə, konfrans, yataq, yemək otaqları yaradılıb, intensiv terapiya və tibbi heyət üçün bölmələr fəaliyyət göstərir. DSX-də qadın hərbi qulluqçuların sayı nəzərə alınaraq hərbi hospitalda doğum mərkəzi də yaradılıb.

Hərbi hospitalın laboratoriya şöbəsində ən yeni müayinə üsullarını özündə birləşdirən və tibbi tələblərə tam cavab verən dünyanın aparıcı şirkətlərinin laborator avadanlığı quraşdırılıb. Müalicə ocağı dövrün tələblərinə uyğun çağrı və nəzarət sistemləri ilə təmin olunub. Hərbi hospitalda klinik fəaliyyətin, yəni tibbi tədris işinin təşkili və ixtisaslı hərbi həkimlərin hazırlanması şəraiti yaradılıb.

Hərbi hospitalın yerləşdiyi 3 hektar ərazidə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq sahələri salınıb.

Sonda xatirə şəkli çəkdirilib.

10.35

Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib.

Valyuta.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

{gallery}

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...