Redaktor
Hava yükdaşınmasında ixrac tonlarla azaldı, gəlirlər artdı
Hava nəqliyyatı ilə yük ixracı azalıb, gəlirlər artıb idxalda isə xərclər kəskin yüksəlib.
Cari ilin yanvar-oktyabr aylarında hava nəqliyyatı ilə ölkədən 13 min 406,61 ton yük ixrac edilib.
Valyuta.az xəbər verir ki, həmin dövrdə ixracdan əldə olunan gəlirlər 349 milyon 666,20 min ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövründə hava nəqliyyatı ilə ixrac olunan yükün həcmi 64 min 294,76 ton, dəyəri isə 289 milyon 226,11 min dollar olub.
Müqayisə göstərir ki, ixrac gəlirlərində 60 milyon 440,09 min dollar artım, ixrac olunan yüklərin çəkisində isə 50 min 888,15 ton azalma qeydə alınıb.
Bu ilin yanvar-oktyabr aylarında hava nəqliyyatı ilə ölkəyə idxal olunan yüklərin həcmi 11 min 451,99 ton, dəyəri isə 5 milyard 926 milyon 218,77 min ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövründə isə 11 min 839,94 ton yük idxal edilib, idxalın dəyəri 3 milyard 624 milyon 705,20 min dollar olub.
Beləliklə, idxalın çəkisində 387,95 ton azalma, idxal xərclərində isə 2 milyard 301 milyon 513,57 min dollar artım müşahidə olunub.
Sərvanə Rəmixanova