Redaktor
Dövlət sektorunda azalır, özəldə isə artır
Cari ilin sentyabrın 1-i vəziyyətinə görə, Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 764,9 min nəfər təşkil edib.
Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə muzdla çalışan işçilərin sayında 10 min nəfər və ya 0,56% artımın olduğunu deməyə əsas verir.
Ötən ilin eyni dövründə bu göstərici üzrə rəqəmlər 1 milyon 754,9 min olub.
Bundan əlavə, statistik məlumatlara görə, iqtisadiyyatın dövlət sektorunda çalışan işçi sayında 23 min və ya 2,61% azalma müşahidə edilib. Ötən ilin eyni dövründə dövlət sektorunda 878,3 min işçi olarkən, bu ilin eyni dövründə 855,3 min nəfər təşkil edib.
Bunun əksi olaraq, qeyri-dövlət sektorunda cari ilin ilk 9 ayında 909,6 min işçi fəaliyyət göstərərkən, ötən ilin eyni dövründə 876,6 min işçi olub.
Nəticədə özəl sektorda çalışan işçilərin sayında 33 min və ya 3,76% artım olub.
Sərvanə Rəmixanova