Redaktor
Çay ixracından ölkəyə daxil olan valyuta azalıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xaricə 595.95 ton miqdarında çay ixrac edib.
Valyuta.az xəbər verir ki, ixrac prosesi 5 milyon 452 min 670 ABŞ dolları hesabına başa gəlib.
Ümumilikdə isə ixrac etdiyimiz mallar arasında çay ümumi ixracın 0.03%-ni tutub.
Ötən ilin eyni dövründə isə çay ixracı 622.91 ton təşkil edib. Bu ixrac üçün 5 milyon 484 min 910 ABŞ dolları vəsait əldə edilib. İllik müqayisə üçün bildirək ki, çay ixracında 26.96 ton azalma müşahidə olunub, bu da ixracda 4.33% azalma deməkdir.
Çay ixracında statistik dəyər üzrə göstəricidə də azalma olub. Belə ki, 0.59% və ya 32 min 240 ABŞ dollar dəyərində azalma olub.
Qeyd edək ki, 2024-cü ilin ilk 10 ayında çay ixracı ümumi ixracın 0,02%-ni təşkil edib.
Mayya Hüseynova