Bu şəxslər dövlətdən birdəfəlik müavinət ala bilər

Redaktor

04.04.2025 10:10
484

Bu şəxslər dövlətdən birdəfəlik müavinət ala bilər

Azərbaycan dövləti sosial rifahın gücləndirilməsi məqsədilə vətəndaşlara müxtəlif hallarda birdəfəlik müavinətlər təqdim edir.

BAKU.WS-in məlumatına görə, bu müavinətlər vətəndaşların həyatının mühüm mərhələlərində – uşaq doğulduqda, yaxınlarını itirdikdə, ilk dəfə işə düzəldikdə, azadlıqdan məhrumetmə cəzasını çəkib qayıtdıqda və ya işğaldan azad olunmuş ərazilərdə çalışmaq üçün köç etdikdə maddi dəstək məqsədi daşıyır.

Azərbaycanda mövcud olan əsas birdəfəlik müavinət növləri, onların məbləği və kimlərin bu müavinətləri ala biləcəyini təqdim edirik:

Uşağın anadan olmasına görə müavinət: Yeni doğulan hər uşaq üçün 500 manat məbləğində birdəfəlik müavinət verilir. ​

Dəfn üçün müavinət: Əmək pensiyaçısı vəfat etdikdə, dəfni təşkil edən şəxsə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində, sosial müavinət və ya işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə isə 500 manat məbləğində dəfn üçün birdəfəlik müavinət ödənilir. ​

Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə müavinət: Azadlıqdan məhrumetmə cəzasını çəkib azad edilmiş və tibbi-sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. ​

İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə müavinət: Bu ərazilərdə işləmək üçün azı bir il müddətinə əmək müqaviləsi bağlayan mütəxəssislərə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə 600 manat məbləğində birdəfəlik müavinət verilir. ​

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş şəxslərə müavinət: Bu kateqoriyaya aid şəxslər ilk dəfə işə düzəldikdə 6000 manat məbləğində birdəfəlik müavinət alırlar. 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...