Biznes planı kredit almaq üçün hazırlatdıran sahibkarlar - Ona görə ilk 3 ildə...

Redaktor

26.02.2025 10:06
496

Biznes planı kredit almaq üçün hazırlatdıran sahibkarlar - Ona görə ilk 3 ildə...

Çox çətin və böyük bir işlərdə addımlamaq çətin olur, getmək üçün doğru yolun hara olduğunu bilməyə bilərik. Elə buna görə də yol xəritəsi çəkmək, plan quraraq addımlamaq bizi istədiyimiz yerə, hədəfə daha tez və rahat çatdırar. Biznes sahəsində də belədir, plan qurmadan addım atmaq biznesin gələcəyi üçün risklər yarada bilər. Maraqlıdır, biznes planlaması olmayan şirkətlər nə kimi risklərlə qarşılaşır?

Azekokonsaltinq şirkətinin rəhbəri İlkin Qarayev Valyuta.az-a bildirdi ki, biznesdə planlama ilə bağlı toxunulacaq çox məqam var: “Bizdə və bəzi ölkələrdə biznes planlamaya qiymət verilmir. Azərbaycanda biznes planlama sifariş verən sahibkarların bəziləri planları yalnız kredit almaq məqsədi ilə hazırlatdırır və sonradan biznes plan demək olar ki, sənəd kimi nadir hallarda istifadə olunur. Amma hər bir şirkət öz işini planlaşdırmalıdır. Hər bir sahibkar qarşıya qoyulan məqsədlərə nail olunub-olunmaması ilə bağlı qimətləndirmə etməlidir. Həmin məqsədlər də biznes planda əks olunmalıdır. Uğurlu şirkətlərin 80-85%-i bütün layihələrini biznes planlarla idarə edir, ildə bir dəfə biznes planları yeniləyir, qayıdış edib baxır”. 

Biznesdə ən böyük risk plan qurmamaqdır

İ.Qarayev deyir ki, planlama gələcəkdə sahibkara qarşılaşa biləcəyi risklərə imkan daxilində hazır olmağa və risklərin qarşısını almağa kömək edir: “Məsələn, bizdə olur ki,  bəzən sahibkar biznes plan üçün müraciət edir. Plan üçün vacib, ilkin sualları hazırlayanda biznes plan üçün müraciət edən əksikləri görür, bazar araşdırması ehtiyatlarını daha yaxşı dərk edir. Yaxud da elə sahibkar olur ki, biznes planı haqqında danışanda anlayır ki, o, hələ biznes qurmaq üçün hazır deyil, əlavə işlər görməlidir, məlumat toplamalıdır. Ona görə də yaranan bizneslərin, startapların 70%-i ilk üç ilində uğursuz olur və deyərdim ki, onların yarısının belə bitməsinə səbəb düzgün planlamanın qurulmaması olur, kifayət qədər məlumatlı olmadığına görə baş verir. Ona görə də biznes planlama çox vacibdir”.

Planlamanın orta və iri müəssisələr üçün çox böyük əhəmiyyəti var

İ.Qarayev qeyd etdi ki, Azərbaycanda müstəqillik dövrümüzdə olan qısa tarixə baxsaq, əvvəlki illərə nisbətən biznes planlamaya əhəmiyyət verən maliyyə qurumları çoxalıb: “Böyük investorların heç biri normal layihə, biznes plan olmadan hər hansı bir layihəyə investisiya yatırmır və bundan çəkinirlər. Planlamanın orta və iri müəssisələr üçün çox böyük əhəmiyyəti var. Məsələn, kiçik müəssisələrdə sahibkar özü üçün nə isə edə bilər, amma orta və iri müəssisələrdə biznes planlama işinə əlaqəli menecerlər də olmalı, qatılmalı, dəyərləndirmə aparmalıdır. Biznes planlama biznes üçün vacib önəmli məsələlərdən biridir”.

Sərvanə Rəmixanova

Biznes planı kredit almaq üçün hazırlatdıran sahibkarlar - Ona görə ilk 3 ildə...

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...