Redaktor
Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları - ÖLKƏLƏR
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 5 milyard 481 milyon 359 min ABŞ dolları təşkil edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu müddətdə MDB ölkələrinə ixracın həcmi 1 milyard 308 milyon 275 min ABŞ dolları olub ki, bu da ümumi ixracın 7,03%-ni təşkil edir.
Müqayisə üçün ötən ilin eyni dövründə bu göstərici 1 milyard 248 milyon 6192 min ABŞ dolları (ümumi ixracın 6,29%-i) idi. Beləliklə, illik müqayisədə MDB ölkələrinə ixrac 60 milyon 82 min ABŞ dolları artıb.
İdxala gəlincə, cari ilin yanvar-sentyabr aylarında MDB ölkələrindən idxalın həcmi 4 milyard 173 milyon 84 min ABŞ dolları olub. Bu, ümumi idxalın 24,89%-nə bərabərdir. Ötən ilin eyni dövründə isə bu göstərici 3 milyard 660 milyon 114 min ABŞ dolları (ümumi idxalın 25%-i) olub. İllik idxal dəyərində MDB ölkələri üzrə 512 milyon 970 min ABŞ dolları həcmində artım qeydə alınıb.

Mayya Hüseynova