Avropada qaz ehtiyatları təxminən 51%-ə düşüb

Redaktor

06.02.2025 11:40
238

Avropada qaz ehtiyatları təxminən 51%-ə düşüb

Avropanın yeraltı qaz anbarlarındakı ("YQA") ehtiyatlar təxminən 51 %-ə enib, fevral ayında mayeləşdirilmiş təbii qazın ("MTQ") terminallar vasitəsilə boru kəmərlərinə nəqli isə rekord səviyyəyə çatıb.

Valyuta.Az "TASS"a istinadla xəbər verir ki, bu barədə "Gas Infrastructure Europe" ("GIE") təşkilatının məlumatlarında bildirilir. 

Buna baxmayaraq, "YQA"dakı qaz həcmi fevral ayının əvvəlində tarixi göstəricilər arasında dördüncü ən yüksək səviyyədə qalır. Avropa İttifaqı ("Aİ") qış mövsümünün əvvəlindən etibarən yeraltı anbarlardan 51,5 milyard kubmetr qaz istehlak edib.  

"GIE"nin məlumatına görə, fevralın 4-də "Aİ" ölkələri "YQA"dan 765 milyon kubmetr qaz çıxarıb, qazın vurulması isə 13 milyon kubmetrə qədər azalıb. Cari ayda qaz ehtiyatlarının istehlak tempi yüksək olaraq qalır və fevral ayları üçün tarixdə ikinci ən yüksək göstəricidir. Bununla belə, "YQA"dakı ümumi qaz həcmi fevral ayının əvvəlində 57 milyard kubmetrdən az olmaqla, müşahidə tarixi boyunca dördüncü ən yüksək göstəricidir.  

Keçən qış mövsümündə Avropanın yeraltı qaz anbarlarından çıxarma prosesi 31 mart 2024-cü ildə başa çatıb və həmin vaxt ehtiyatlar 58,44 % səviyyəsində olub ki, bu da müşahidə tarixi üçün rekord hesab edilir. Hazırda Avropanın "YQA"-ları 51,3% doluluq səviyyəsindədir ki, bu da son beş ilin orta göstəricisindən 7,7 % bəndi aşağıdır. Bu göstərici təkcə ötən payız-qış mövsümünün sonundakı səviyyədən deyil, həmçinin 2019-2020 və 2022-2023 illərinin qış mövsümlərinin sonundakı səviyyələrdən də aşağıdır.  

Avropada istilik mövsümü 29 oktyabr 2024-cü ildə başlayıb ki, bu da ötən payız-qış mövsümü ilə müqayisədə 10 gün daha tezdir. O vaxtdan etibarən "Aİ" ölkələri anbarlardan 51,5 milyard kubmetrdən çox qaz çıxarıb. Maksimal doluluq səviyyəsinə çatdıqdan sonra ötən 99 gün ərzində qaz istehlakı son beş ilin eyni dövrü ilə müqayisədə 25 % daha yüksək olub. 2018 və 2022-ci illər "Aİ" üçün ən çətin dövrlər olub – həmin illərdə istilik mövsümünün sonuna doğru anbarlardakı qaz ehtiyatları kritik həddə enərək müvafiq olaraq 18% və 26%-dən aşağı düşüb. Bu zaman hətta anbarlarda təzyiqin qorunması üçün istifadə edilən "bufer qazın" çıxarılmasına da ehtiyac yaranıb.  

Cari həftə Avropada əvvəlki həftə ilə müqayisədə daha soyuq keçir. Yanvar ayında "Aİ"də külək enerjisinin elektrik istehsalında payı orta hesabla 21 % təşkil edib, lakin fevralın ilk günlərində bu göstərici 9,5 %-ə düşüb. 2024-cü ilin dekabr ayında Avropada qazın orta alış qiyməti 1 000 kubmetr üçün 489 dollar olub. Yanvarda bu rəqəm 518 dollar təşkil edib, fevralın əvvəlində isə 566 dollara yüksəlib.  

Fevral ayında Avropaya "MTQ"nin terminallardan qaz nəqli sisteminə daxil olması rekord səviyyəyə çatıb. Hazırda mayeləşdirilmiş qazın yenidən qaz halına gətirilməsi və boru kəmərlərinə vurulması üzrə infrastruktur maksimal gücünün 54 %-i səviyyəsində işləyir.  

Rəhim

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...