Adil Alper Coşkun
İnşaat mühəndisi, layihə meneceri
Hər birimizin iş həyatında və peşəkar münasibətlərimizdə müəyyən gözləntiləri var. Layihələrin uğurla tamamlanması, qarşılıqlı etimadın qurulması, öhdəliklərin qüsursuz yerinə yetirilməsi... Lakin bəzən bu gözləntilərlə reallıq arasında məyusedici dərəcədə böyük fərqlər ola bilər. Bəs heç düşündükmü: gözləntilərimizin qarşılanması üçün biz öz rolumuzu nə dərəcədə düzgün oynayırıq? Əgər bir iş münasibətində işlər qaydasında getmirsə, keyfiyyət aşağıdırsa, əməyin mühafizəsinə laqeyd yanaşılırsa - bu yalnız qarşı tərəfin günahıdırmı? Yoxsa biz öz üzərimizə düşəni lazım olduğu kimi yerinə yetirmişikmi?
Bu sualı səmimi şəkildə özümüzə vermədən başqalarını tənqid etmək asandır. Halbuki ən çətin, lakin ən vacib addım özümüzə qarşı mərhəmətsiz bir şəkildə özünü tənqid etməkdir. Çünki gün gələcək, görülən işin hesabatı tələb olunanda, heç kim bizə “niyyətin yaxşı idi” deyə güzəşt etməyəcək. Vaxt varkən, daxili hesablaşmamızı aparmalı, öz mövqeyimizi nəzərdən keçirməliyik.
Bəzi iş münasibətləri bir cür düzəlmir. Keyfiyyət problemləri və əməyin mühafizəsi ilə bağlı çatışmazlıqlar nəzarət altına alına bilmir. Ən pisi isə odur ki: işi yaxşı görənlə zəif yerinə yetirən arasında heç bir fərq qoyulmur. Nə bir təşviq var, nə də cəza. Belə bir şəraitdə səhv edən şəxsin düzələcəyini gözləmək realizm deyil, romantizmdir.
Hamımız verdiyimiz qərarların nəticələrini yaşayırıq. Geri dönüb təəccüblənmək yalnız özümüzü aldatmaqdır. Əgər həqiqi dəyişiklik istəyiriksə, bu gün bizi narahat edən, lakin vacib qərarları almaqdan qaça bilmərik. Çünki bu gün göz yumduğumuz kiçik problemlər sabahın böyük böhranlarına çevriləcək. Bu gün edilən xəbərdarlıqlar nəzərə alınmadıqda, sabah risk gerçəkləşəndə, “biz xəbərdarlıq etmişdik” deməyin heç bir mənası qalmayacaq.
Layihə idarəçiliyində və ümumiyyətlə həyatda ən mühüm resurs zamandır. Keyfiyyət və maliyyətlə bağlı problemləri müəyyən dərəcədə kompensasiya etmək olar, lakin itirilmiş zamanı geri qaytarmaq mümkün deyil. Məhz buna görə layihələrdə ən təcrübəli şəxslərə ehtiyac duyulur. Çünki təcrübə – səhv etməmək deyil, səhvlərdən dərs çıxarmaqdır.
Zamana qarşı yarışılan işlərdə düzgün diaqnoz qoyulan kimi operativ tədbirlər görülməlidir. Əks halda problem böyüyəcək, təsiri isə daha dərin olacaq. Nəticə etibarilə məsələ yenə də eyni sualda cəmlənir: bu gün çətin qərarlar verərək asan gələcəkmi quracağıq, yoxsa bu günkü rahatlıq naminə sabah çətin bir həyatla üzləşəcəyik? Qərar sizin.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMərkəzi Bank tender elan edib
10.12.2025Alimentlə bağlı yeni QAYDA
10.12.2025Diplomatlar attestasiyadan keçəcəklər - Qaydalar müəyyənləşdi
10.12.2025Baş nazir iclas keçirdi - Tapşırıqlar verildi
10.12.2025“Yüksəliş” müsabiqəsinin keçirilməsinə 1 milyon manat ayrıldı
10.12.2025Prezident rektoru işdən çıxardı - Yeni təyinat
10.12.2025Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində mənimsəmə - Cinayət işi açıldı
10.12.2025"Xiaomi" gəlirsizlik səbəbindən 1000-dən çox mağazanı bağlayacaq
10.12.2025Yeni icra başçısı daha bir məmuru işdən çıxardı
10.12.2025Əsas kapitala 16 mlrd. manatdan çox investisiya yönəldilib
10.12.2025BP Cəbrayıla 13 milyon dollarlıq günəş panelləri gətirib
10.12.2025Azərbaycanda hotel şirkətinə yeni direktor təyin edilib
10.12.2025Nazirlik rəsmisi: Bəzi qanunlar müasir çağırışlarla uzlaşmır
10.12.2025Bakı–Bratislava birbaşa uçuşları başlayır
10.12.2025Süni intellekt 2026-da bütün qaydaları dəyişəcək
10.12.2025Məzuniyyətlə bağlı nələr dəyişir? - Şöbə müdiri açıqlayır
10.12.2025Keçmiş hakimə yeni vəzifə verildi
10.12.2025BDU-dan 10 gündə 36 milyonluq müqavilə
10.12.2025
Azərbaycanda orta aylıq əməkhaqqı 1 086 manat oldu
10.12.2025