Abunəçi sayı artdıqca, gəlir də artdı - "Netflix"proqnozu keçdi

Redaktor

18.04.2025 11:35
153

Abunəçi sayı artdıqca, gəlir də artdı - "Netflix"proqnozu keçdi

Birinci rübdə "Netflix"in gəliri 10,54 milyard dollar təşkil edib.

Valyuta.az xəbər verir ki, şirkət bu dövr üçün 10,42 milyard dollar gəlir proqnozlaşdırmağına baxmayaraq, illik müqayisədə 13% artımla qarşılaşıb. Bu göstərici Bloomberg" analitiklərinin 10,50 milyard dollarlıq proqnozunu da üstələyib.

Məlumata görə, hər səhmə düşən mənfəət 6,61 dollar olub ki, bu da analitiklərin 5,68 dollarlıq gözləntisindən yüksəkdir. İkinci rüb üçün də "Netflix" analitik proqnozlarını yenə üstələyən yeni gəlir proqnozu açıqlayıb. Belə ki, şirkət bu dövr üçün 11,04 milyard dollar gəlir gözləsə də, "Bloomberg" tərəfindən sorğulanan analitiklər 10,88 milyard dollar proqnoz verib.

2025-ci ilin tamamı üçün şirkət əvvəlki proqnozunu dəyişməyərək 43,5-44,5 milyard dollar arası illik gəlir və 29% əməliyyat mənfəəti marjası gözlədiyini təsdiqləyib.

Bu nəticələr "Netflix"in qeyri-müəyyən iqtisadi şəraitdə, o cümlədən prezident Trampın ticarət müharibəsi fonunda, "Big Tech" adlandırılan texnoloji nəhənglər arasında ən yaxşı mövqelərdən birində olduğunu göstərir. Həmçinin şirkətin səhmləri bu ilin əvvəlindən cümə axşamı gününün sonuna qədər 9,2% artıb. Müqayisə üçün qeyd edək ki, "Apple", "Amazon" və "Alphabet" kimi texnologiya nəhənglərinin səhmləri 2025-ci ildə 17%-dən çox dəyər itirib. S&P 500 indeksi isə bu müddətdə təxminən 10% geriləyib.

"Biz 2025-ci ilə yaxşı başlamışıq", – deyə "Netflix" rəhbərliyi açıqlamasında bildirib və bu uğuru "abunə və reklam gəlirlərində cüzi artım" ilə izah edib.

Məlumata görə, 2024-cü ilin sonunda şirkətin 301,6 milyon qlobal abunəçisi olub. Şirkət dördüncü rüb üzrə səhmdar məktubunda qeyd edib ki, gələcəkdə abunəçi məlumatları yalnız mühüm mərhələlər keçildikdə paylaşılacaq. 2024-cü il ərzində "Netflix" 41 milyon yeni qlobal abunəçi qazanıb.

"Wall Street Journal"ın məlumatına görə, "Netflix" 2030-cu ilə qədər gəlirini ikiqat artırmaq və bazar dəyərini 1 trilyon dollara çatdırmaq kimi iddialı maliyyə hədəfləri qoyub. Hazırda şirkətin bazar dəyəri 400 milyard dolları bir qədər keçib.

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...