“İnşaat Həftəsi”ndə həyata keçiriləcək layihələr açıqlandı

Redaktor

03.04.2025 14:10
321

“İnşaat Həftəsi”ndə həyata keçiriləcək layihələr açıqlandı

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası növbəti dəfə ölkəmizdə “İnşaat Həftəsi” keçirir.

Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 16 dekabr 2009-cu il fərmanına əsasən 10 aprel “İnşaatçılar Günü” olaraq hər il qeyd edilir. 

ATMİA Baş Katibi Şahanə Sarı mətbuat nümayəndələrinə açıqlamasında bildirib ki, “İnşaat Həftəsi” çərçivəsində, hər zaman olduğu kimi, bu il də sistemli işlər həyata keçiriləcək. Azərbaycan Memarlar İttifaqı və Azərbaycan Sənaye Təhlükəsizliyi assosiasiyası ilə uzunmüddətli strateji əməkdaşlığa dair memorandum imzalanacaq, ATMİA  Avrova Mühəndislik Cəmiyyətinə Üzvlüyə qəbul ediləcək. Bundan əlavə, “İnşaat Həftəsi” çərçivəsində “Mətanət A” Şirkətlər Qrupu tərəfindən Azərbaycanda ilk dəfə istehsal edilən İNOVEX oda və nəmə davamlı fasad lövhələrinin təqdimatının keçirlməsi nəzərdə tutulur. İNOVEX fasad lövhələri innovativ yaşıl inşaat texnologiyasına əsaslanaraq istehsal olunan unikal məhsuldur. Kərpic, mişar daşı, hörgü blokları və s. ilə müqayisədə layihələrin daha sürətli icrasına səbəb olacaq, həmçinin memar və dizaynerlərin dünya təmir tendensiyasına uyğun individual təmir həllərini asanlıqla tətbiq etməsinə imkan verəcək. İNOVEX yaşıl inşaat texnologiyası ilə istehsal edilir, istifadəsi rahatdır, ekoloji sağlamdır. 

Qeyd edək ki, assosiasiya mütəmadi olaraq dünyadakı inşaat sektoru ilə bağlı yenilikləri və üzv şirkətlərin yeniliklərini digər şirkətlər arasında paylaşır, bu da sahibkarların sürətli şəkildə maariflənməsinə və dünya təcrübəsinin ölkəmizə sürətlə inteqrasiya etməsinə nail olur.  

2017-ci ildə yaradılan assosiasiyanın əsas məqsədi ölkədə tikinti materialları istehsalına dəstək vermək, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi və sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdir.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...