2024-cü ildə baş verən təyyarə qəzaları

Redaktor

27.12.2024 17:40
746

2024-cü ildə baş verən təyyarə qəzaları

Azərbaycan Hava Yollarına aid təyyarənin Qazaxıstanda qəzaya düşməsindən sonra bu il dünya üzrə yaşanan sərnişin təyyarəsi qəzaları gündəmə gəlib. Bu il ən çox itkinin yaşandığı sərnişin təyyarəsi qəzası Braziliyada baş verib.

Valyuta.az xəbər verir ki, 2024-cü Braziliyanın Kaskavel şəhərindən Guarolhusa gedən “Voepass Hava Yolları”na aid “ATR-72” tipli sərnişin təyyarəsi 9 avqustda São Paulo əyalətinin şimalında yerləşən Vinhedo şəhərində bir yaşayış yerinə düşüb.

Qəzada 58 sərnişin və 4-ü ekipaj olmaqla 62 nəfər həyatını itirib. Təyyarə yerə düşdükdən sonra alovlandığı üçün şəxsiyyət müəyyənləşdirmə prosesi çətinləşib.

Braziliya Hava Nəqliyyat Qəzaları Araşdırma və Qarşısının Alınması Mərkəzinin (CENIPA) apardığı istintaq nəticəsində pilotların buzlanma ilə mübarizədə çətinliklərlə üzləşdiyi təsdiqlənib. 

Təyyaraya çatmayan 10 sərnişin isə şanslı olaraq qəzadan sağ çıxıblar.

Yaponiya

Yaponiyada 2 yanvar tarixində paytaxt Tokio şəhərindəki “Haneda Hava Limanı”nda sərnişin təyyarəsi ilə sahil mühafizə təyyarəsi toqquşub, sonra təyyarələr zolaqda alovlanıb. Yolçu təyyarəsindəki 379 sərnişin və ekipaj təhlükəsiz şəkildə təxliyə edilib, lakin sahil mühafizə təyyarəsindəki 6 nəfərdən 5-i həyatını itirib, pilot isə yaralı halda xilas olub.

Yerli mətbuata, Yaponiyanın Nəqliyyat Nazirliyi mənbələrinə əsaslanan xəbərdə, “Haneda Hava Limanı” qülləsinin qəza edən yolçu təyyarəsinin enişinə icazə verdiyi və sahil mühafizə təyyarəsinə bir müddət zolaqdan uzaq durmağı tapşırdığı iddia edilib. Qəzanın sağ qalan sahil mühafizə təyyarəsi pilotu isə istintaq çərçivəsində verdiyi ifadəsində qüllədən eniş icazəsi aldığını qeyd edib.

ABŞ

ABŞ-da “Alaska Hava Yolları”na aid "Boeing 737 MAX 9" tipli sərnişin təyyarəsi, 5 yanvar axşamı gövdəsindən bir hissə qopduğu üçün təcili eniş edib.
Oreqondan Kaliforniyaya gedən təyyarə, qalxdıqdan təxminən 35 dəqiqə sonra təcili eniş etmək məcburiyyətində qalıb. Qopmuş gövdə hissəsində sərnişin olmadığı bildirilir.

“Alaska Hava Yolları” təyyarənin 171 sərnişin və 6 kabin işçisi ilə təhlükəsiz şəkildə endiyini bildirib.

"737 MAX 9" tipli 65 təyyarənin incələnməsi üçün müvəqqəti olaraq uçuşdan kənarlaşdırılacağı bildirilib, ABŞ “Federal Aviasiya Administrasiyası” (FAA) "Boeing 737 MAX 9" təyyarələrinin, operatorlar lazımi yoxlamaları tamamlayana qədər uçurulmayacağını açıqlayıb.

Nepal

Nepalda 24 iyul tarixində təyyarənin qalxışında pista qəzaya uğraması nəticəsində 18 nəfər həyatını itirib.

Katmandu şəhərindəki “Tribhuvan Beynəlxalq Hava Limanı”nda 19 sərnişin daşıyan təyyarə qalxışında sürüşərək qəza edib.

“Saurya Hava Yolları”na aid təyyarədəki 18 nəfərin cansız bədəni tapılıb, pilot isə yaralı halda xilas olub.

Rusiya: Təyyarənin vurulması

Rusiya Müdafiə Nazirliyi 24 yanvarda Ukraynalı əsirlərin də olduğu bir Rusiya təyyarəsinin Ukrayna tərəfindən atılan raketlə Belgorod bölgəsində vurulduğunu açıqlayıb.

Altı nəfərlik ekipaj, döyüşlərdə əsir düşən 65 Ukrayna əsgəri və onlara müşayət edən 3 Rusiya hərbi əməkdaşı ilə birlikdə olan 74 nəfərdən heç kim sağ qalmayıb.

Rusiya Prezidenti Vladimir Putin də Ukraynanın təyyarəni ABŞ-a aid "Patriot" hava müdafiə sistemi ilə vurduğunu və "cinayət" törətdiyini bildirib.

Rusiyada hərbi nəqliyyat təyyarəsinin düşməsi nəticəsində 15 nəfər ölüb

Rusiyanın İvanovo bölgəsində 15 nəfəri daşıyan “IL-76” tipli hərbi yük təyyarəsi 12 martda düşüb.

Rusiya Müdafiə Nazirliyi “IL-76” tipli təyyarənin mühərrikin alovlanması səbəbindən yerə düşdüyünü bildirib. Təyyarədəki 8 nəfərlik ekipaj və 7 sərnişin qəza nəticəsində həyatını itirib.

Rusiyada 12 iyulda "Sukhoi Superjet 100" tipli sərnişin təyyarəsi “Tretyakovo Hava Limanı”ndan “Vnukovo Hava Limanı”na uçarkən düşüb, təyyarədəki 3 nəfərlik ekipaj həyatını itirib.

Qəzanın mümkün səbəbi olaraq, təmir zamanı quraşdırılan bəzi sensorların nasazlığı qiymətləndirilib.

Qazaxıstan

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi 25 dekabrda Aktauda qəzaya uğrayıb. Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qroznıya enə bilmədiyindən Aktau istiqamətinə yönəlib. Aktauya qəza enişi edən təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev deyib ki, qalıqlar və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub. 

Əvəz Həsənov

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...