Uğurlu insanların ikinci dəfə təkrarlamayacağı 10 səhv - <span style="color:#008000">SƏHƏR</span> <span style="color:#008000">OXUSU</span>

Redaktor

30.07.2025 08:30
156

Uğurlu insanların ikinci dəfə təkrarlamayacağı 10 səhv - SƏHƏR OXUSU

Hər bir insan səhv edə bilər - bu həyatımızın bir hissəsidir. Əslində, məhz səhvlərimiz və uğursuzluqlarımız sayəsində təcrübə qazanırıq və bu təcrübələr əsasında hərəkət etdikdə uğura nail oluruq.

Bəzi insanlar səhv etdikdə bunu qəbul etməkdə çətinlik çəkirlər. Halbuki uğurlu insanlar səhvlərinin fərqinə vararaq onlardan dərs çıxarır və düzəltmək üçün addımlar atırlar. Əgər səhvlərini görməzdən gəlsələr, bunun onları uğursuzluğa aparacaq mənfi bir döngüyə salacağını yaxşı bilirlər. Onlar üçün əsl uğursuzluq da məhz budur.

Valyuta.az sizə uğursuzluqdan qorunmağa kömək edəcək, uğurlu insanların yalnız bir dəfə etdiyi, lakin ikinci dəfə əsla təkrarlamadığı ən böyük səhvlərdən bir neçəsini təqdim edir:

Daxili səsinə qulaq asmamaq

Bəzən səbəbini izah edə bilməsək də, bir işin yolunda getmədiyini hiss edirik. Lakin bu daxili səsə məhəl qoymamaq daha asan gəlir, çünki məntiq bizə öncədən hisslərə güvənməməyi öyrədir. Uğurlu insanlar isə bir dəfə bu səsə laqeyd yanaşsalar da, sonrakı vaxtlarda intuisiya və hisslərin vacibliyini anlayır və onlara qulaq asmağı vərdişə çevirirlər. Daxili səs qərarlara daha geniş baxış bucağı qazandırır və inamı artırır.

Çətin suallar verməmək

Bəzən bir mövzu ilə bağlı daha dərindən soruşmaq istədiyimiz halda, "çox maraqlanır" kimi görünməkdən çəkinirik. Amma bəzi anlarda sual vermək zəruridir. Uğurlu insanlar əvvəlcə sual verməyə tərəddüd etsələr də, zamanla bu çəkingənliyi aradan qaldırır və ehtiyac duyduqları bütün məlumatları əldə etməyə çalışırlar.

Həddindən artıq ehtiyatlı olmaq

Əgər həyat boyu hər addımı ehtiyatla atırsınızsa, yəqin ki, səhv etməkdən qorxaraq kütlədən geri qalmaq istəmirsiniz. Lakin bu, böyük bir səhvdir. Uğura yalnız cəsarətli və risk edən insanlar çatar. Başlanğıcda uğurlu insanlar da ehtiyatlı davrana bilər, amma bir nöqtədən sonra risk almalı olduqlarını anlayırlar. Onlar yeni bir şeyi sınayıb uğursuz olmağı, təhlükəsiz, amma maraqsız bir həyat yaşamaya üstün tuturlar.

Mükəmməllik gözləmək

Bir fürsət mükəmməl görünəndə onu qaçırmamaq istəyi doğur. Amma əgər bir şey gerçək olmayacaq qədər yaxşı görünürsə, çox güman ki, orada bir problem var. Uğurlu insanlar bəzən bu "tələ"yə düşə bilər, amma daha sonrakı hallarda şübhəçi və obyektiv olmağı öyrənirlər.

Başqalarını günahlandırmaq

Səhvlərimizə görə məsuliyyəti öz üzərimizə almaqdansa başqalarını günahlandırmaq həm bizə, həm də ətrafımızdakılara zərər verir. Lakin bu davranış, insanların ən təbii müdafiə mexanizmlərindən biridir, çünki uğursuzluqda öz payımızı qəbul etmək istəmirik. Uğurlu insanlar isə hər zaman məsuliyyət daşıyır. Bu da onlara başqalarının hörmətini qazandırır.

Qərarları duyğularla vermək

Bəzən hisslərimiz iradəmizi ələ keçirir. Qısqanclıq, şübhə və qəzəb kimi mənfi hisslər, hətta ən rasional insanların belə səhv qərarlar verməsinə səbəb ola bilər. Uğurlu insanlar bəzən bu hisslərin təsiri altına düşsələr də, ikinci dəfə bu səhvi təkrarlamazlar.

Tükənmişlik sindromu yaşamaq

Heç kim çox çalışmadan və əzm olmadan uğur qazana bilməz. Amma uğurlu insanlar həyatın balanslı olmalı olduğunu tez anlayırlar. İşkolik olmaq uzunmüddətli stress və nəticədə tükənmişliyə səbəb olur. Bəzən özünüzə istirahət vermək, enerjinizi yenidən toplamaq üçün zaman ayırın, bu, işinizə də müsbət təsir edəcək.

Qısayollarla məqsədə çatmağa çalışmaq

Həyatda və işdə uğura "tez yol" yoxdur. Qısayollar və sıçrayışlı yollar tez-tez uğursuzluqla və ya yarımçıq nəticələrlə başa çatır. Uğurlu insanlar bəzən qısayol axtara bilərlər, amma bu yolun nəticə vermədiyini gördükdə, düzgün və mərhələli yolu seçməyə başlayırlar.

Hər kəsi razı salmağa çalışmaq

Hər birimiz sevilmək və qəbul olunmaq istəyirik. Lakin uğurlu insanlar çox tez bir zamanda anlayırlar ki, hər kəsi razı salmaq mümkün deyil. Hər kəsin öz fikri var və siz nə qədər çalışsanız da, bəzi insanlar heç vaxt razı olmayacaq. Ona görə də onlar enerjilərini əsas hədəf auditoriyasına yönəldirlər və açıq şəkildə müəyyən olunmuş məqsədlərə fokuslanırlar.

Sabit fikirli olmaq

Qətiyyət uğurun əsas şərtidir, amma qətiyyətlə inadkarlıq arasında incə bir sərhəd var. Əzm məqsədlərə çatmaq üçün faydalıdır, lakin inadkarlıq, fikrini dəyişmək istəməmək və gerçəkləri görməzdən gəlmək uğursuzluğa səbəb olur. Uğurlu insanlar anlayırlar ki, fikirdə elastiklik və uyğunlaşma bacarığı da bir o qədər önəmlidir.

Günay

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...