BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.148
  • TRY
    0.0434
  • GBP
    2.2971
32862

“Mançester Yunayted” məhşur texnologiya şirkəti “Qualcomm”la forma sponsorluğu müqaviləsi ilə bağlı qabaqcıl danışıqlar aparır.

Valyuta.az xəbər verir ki, İngiltərə nəhəngi bu müqavilə ilə ildə 60 milyon funt-sterlinq (75,1 milyon dollar) qazanmağı hədəfləyir. Ancaq forma satışlarının başladığını nəzərə alınaraq müqavilənin bu mövsüm qüvvəyə minməsi gözlənilmir. 

Mançester təmsilçisinin yarımkeçiricilər də daxil, telekommunikasiya avadanlıqları istehsal edən “Qualcomm”la daha əvvəl də əlaqələrinin olduğu bildirilir. Klub 2022-ci ilin avqustunda “Qualcomm”un törəmə brendi “Snapdragon”u tanıtmaq üçün razılığa gəlmişdi. Hansı ki, sözügedən şirkət dünyanın bir çox premium smartfonlarını, fərdi kompüterlərini, oyun cihazlarını, qoşulmuş avtomobilləri, ağıllı geyimlərini texniki detallarla təmin edir. 2022-ci il müqaviləsinin bir hissəsi olaraq “Qualcomm”, həmçinin matç günlərində azarkeşlərin təcrübəsini artırmaq üçün “Old Trafford”da mobil bağlantının planlaşdırılmış təkmilləşdirilməsi ilə bağlı “Mançester Yunayted”ə məsləhət verməyə razılaşdı.

Almaniyada yerləşən bir proqram firması olan “TeamViewer”, keçən il İngiltərə klubu ilə 47 milyon funt-sterlinq dəyərində olan beşillik müqaviləni yeniləmək istəmədiyini elan etdikdən sonra klub özünə yeni forma sponsoru axtarmağa başladı. Ancaq dekabrda “Mançester Yunayted” və “TeamViewer” forma sponsorluğu hüquqları ilə bağlı razılığa gəldilər. Hər iki tərəfin gələcək əməkdaşlıqları ilə bağlı “qarşılıqlı faydalı razılaşma əldə etdiklərini” ifadə edən bəyanat yayımlandı.

“TeamViewer”lə rəsmi anlaşmadan əvvəl klub ABŞ avtomobil istehsalçısı “Chevrolet”lə 2014-cü ildə 64 milyon funt-sterlinq dəyərində olan müqavilə bağlamışdı.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Maraq azalır: Elektrikli avtomobillərin gələcəyi təhlükədədir?

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

1,1 milyon manat vergi borcu olan şirkət kimindir?

Orta təhsil səviyyəsi üzrə aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər®

"Gəncə Memorial Hospital"da yoxlama: 6000 manat cərimə yazıldı

“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb

Dövlət büdcəsinin gəlirləri açıqlandı

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

"Swift" avtomobillərinin istehsalı dayandırıldı - Səbəbi isə...

“Şinkar Holdinq” Xocalıda 63 evin təmiri üçün 3,3 milyon alacaq

Bakıdan Qazaxa ilk dəfə sürət qatarları ilə sərnişin daşımalarına start verilir

WUF13-ün 2026-cı ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub®

Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi®

Mobil operatorların gəlirləri açıqlandı

Mobil operatorların gəlirləri açıqlandı

Qadağan olunan lüks məhsullar - SİYAHI, ÖLKƏLƏR

Fond fermerlərə 4 milyonluq ödəniş edib

Bu tarixdə şənbə günü iş olacaq

AccessBank-da yeni təyinat

"Citigroup" 3500 nəfəri işdən çıxaracaq

Çin Trampa görə "Apple"a qadağa qoydu

Metro işçiləri nə qədər qazanır?

Alimlər yeni iqlim fenomenini aşkar etdilər: Quraqlıqları iki dəfə gücləndirib

“Report”a yeni baş redaktor təyin olundu

Bu ölkədən Azərbaycana quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu

Niyə Avropada kredit faizləri 3, Azərbaycanda 18-dir?

Niyə Avropada kredit faizləri 3, Azərbaycanda 18-dir?

Həkimlərə verilən əlavələr dayandırıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin