BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7524
  • RUB
    1.6268
  • TRY
    0.0481
  • GBP
    2.0967
62917

Son dövrlərdə kriptovalyutaların populyarlığı və onların inflyasiyaya qarşı qorunma vasitəsi kimi təqdim olunması iqtisadi müzakirələrin mərkəzində yer alır. Ənənəvi maliyyə alətləri, məsələn, səhm və istiqrazlar uzun illərdir investorların etibarlı seçimləri arasında yer alsa da, rəqəmsal valyutalar sürətlə artan bazar dəyəri və texnoloji üstünlükləri ilə diqqət çəkir.

Yəni kriptovalyutalar inflyasiyaya qarşı ənənəvi valyutalardan daha yaxşı qorunma təklif edə bilərmi?

Mövzu ilə bağlı Valyuta.az-a danışan Crypto Consulting MMC-nin direktoru Elnur Quliyev bildirib ki, kriptovalyutalar riskli olmasına baxmayaraq, son dövrlərdə ənənəvi maliyyə alətləri ilə müqayisədə investorlarına kifayət qədər yüksək gəlir qazandırıb: “Son 5 ilin statistik göstəricilərinə nəzər salsaq, bunu aydın şəkildə görə bilərik. Lakin nəzərə alınmalı məqam odur ki, kriptovalyutalar özləri də orta riskli, az riskli və yüksək riskli kateqoriyalara bölünür. Bu isə o deməkdir ki, bütün kriptovalyutalar gəlirli deyil və onların arasından düzgün seçim etmək vacibdir.

İnvestorların ənənəvi maliyyə alətləri olan səhm və istiqrazlardan fərqli olaraq, kriptovalyutaları seçməsi birbaşa risklərə və yatırılacaq məbləğin miqdarına bağlıdır. Rəqəmsal valyutalara investisiya etmək istəyənlər bunu uzunmüddətli perspektivdə planlaşdırmalı və itirmək ehtimalını nəzərə aldıqları məbləği sərmayə etməlidirlər. Bu yanaşma onların daha sabit və balanslı maliyyə qərarları vermələrinə kömək edəcək”.

“İnvestorlar “Top 20”-də yer alan kriptovalyutaları seçsələr...”

İnflyasiyaya qarşı qorunmaq baxımından rəqəmsal valyutaların son 5 ilin statistik göstəricilərinə əsasən ənənəvi valyutalardan daha yaxşı nəticələr göstərdiyini deyən E.Quliyev vurğulayıb ki, bu, birbaşa olaraq investorun yanaşmasından asılıdır: “Rəqəmsal valyutalar arasında, əsasən, “Top 20”-də yer alan kriptovalyutalar daha etibarlı hesab olunur. Bu valyutaların real nəticələrini daha effektiv şəkildə göstərməsi üçün ən azı 3 illik bir dövr tələb olunur. Yəni, kriptovalyutalar qısa müddətli yatırımlarda investorlarına gəlir gətirmir və bu baxımdan ənənəvi maliyyə alətləri ilə müqayisədə zəif tərəfdə qalırlar. Lakin uzunmüddətli perspektivdə investorlar üçün daha yaxşı seçim ola bilər. Burada diqqət edilməli əsas məqam isə seçilən kriptovalyutaların hansı kateqoriyaya aid olmasıdır. Əgər investorlar “Top 20”-də yer alan kriptovalyutaları seçsələr, daha konservativ və təhlükəsiz bir yanaşma sərgiləmiş olarlar”.

“Bitcoinin qiyməti artdıqca, onlar da dolayı yolla qazanc əldə edirlər”

E.Quliyev son dövrlərdə kriptovalyutaların investisiya aləti kimi məşhurlaşmasının əsas səbəbləri haqqında da danışıb: “Bu prosesin ilk addımı “ETF”lərin təsdiqi ilə başlasa da, ikinci addım 2024-cü ilin noyabrında Donald Trampın seçkilərdə qələbəsi oldu. 2024-cü ilin yanvar ayında "ETF"-nin bitcoinlərin təsdiqi qərarı ilə korporativ investorlar və iri şirkətlər birbaşa bitcoin almadan bitcoin alan fondlara və şirkətlərə sərmayə yatırmağa başladılar. Bitcoinin qiyməti artdıqca, onlar da dolayı yolla qazanc əldə edirlər, yəni birbaşa bitcoin almadan belə qiymət artımından faydalanırlar.

Donald Tramp hakimiyyətə gəldikdən sonra isə kriptovalyuta və blokçeyn sektoru daha loyal qanunlarla tənzimlənəcək. Trampın rəqəmsal valyutalara müsbət yanaşması böyük investorların bu sahəyə marağını artırıb. Məsələn, 10 trilyon dollarlıq investisiya portfelini idarə edən “BlackRock” şirkətinin rəhbəri bitcoinin riskli aktiv olmadığını bildirib. Bu, iri korporativ şirkətləri və fondları təşviq edir ki, öz portfellərinin 1-3%-ni bitcoinə yönəltsinlər. Hətta ən böyük şirkətlərin belə kiçik faizlərlə kriptovalyuta bazarına yatırım etməsi, bazarın sürətlə böyüməsinə və qiymətlərin avtomatik artmasına səbəb olur”.

E.Quliyev kriptovalyutaların antiinflyasiya aktivləri kimi son 5 ildə müsbət tendensiya göstərdiyini və bu tendensiyanın növbəti 5 ildə də davam edəcəyini gözlənildiyini qeyd edib:
“Lakin rəqəmsal aktivlərə yatırım edən investorlar bunu mütləq uzunmüddətli perspektivdə planlaşdırmalıdırlar. Yatırım edərkən itirilməsinə hazır olduqları məbləğlərlə işləmələri daha məqsədəuyğun olar. Çünki rəqəmsal aktivlərin saxlanması ilə bağlı müəyyən çətinliklər yaranır: parolların itirilməsi, haker hücumları və ya fırıldaqçılıq kimi problemlər mümkündür. Buna görə də, kriptovalyuta əldə etdikdən sonra onların təhlükəsiz saxlanmasına xüsusi diqqət yetirmək vacibdir”.

Maya Hüseynova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pakistan aviaşirkəti Avropaya uçuşları bərpa edib

BP "Shah Deniz Alpha" platformasının işini sualtı boru kəmərindəki problem səbəbindən dayandırıb

Baş nazirdən aylıq vəzifə maaşları ilə bağlı QƏRAR

Bu il daha beş sosial xidmət mərkəzi fəaliyyətə başlayacaq

Avstriyanın yeni kansleri vəzifəsinin icrasına başlayıb

İlham Əliyev Küveytin Azərbaycana yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

Əməliyyat otağında həkimə doğum günü tədbirinə görə 2 000 manatlıq cərimə - RƏSMİ

“Onlar Bizə Əmanətdir” layihəsi çərçivəsində şəhid övladlarına hədiyyələr təqdim edilib®

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi

“Rəqəmsal ekologiya” informasiya sistemi yaradıldı

Bu ayın pensiyaları ödənildi

Baş nazirin müavinlərinin sayı artdı

Baş nazirin müavinlərinin sayı artdı

İlon Mask X-da istifadəçi qeydiyyatını pullu edəcək - Qiymət açıqlandı

Britaniyada milyonçu müflis olduğunu elan etdikdən sonra yoxa çıxdı

SOCAR "Yaşıl istiqraz"ların buraxılışına başlayır

Metronun yeni tikiləcək 10 stansiyasından 6-sının yeri müəyyənləşdirilib

Prezidentdən İnnovasiyalar Agentliyi ilə bağlı FƏRMAN

Daha bir neçə iş adamına cinayət işi açıldı - İxracdan əldə olunan pulu ölkəyə qaytarmayanlar...

"Hyundai"dan ucuz kompakt elektrik avtomobili

Prezident Azərbaycanla Mərakeş arasında hərbi əməkdaşlıq haqqında Sazişi təsdiq edib

Samir Şərifov nazir vəzifəsindən azad edildi - Yeni vəzifə aldı

Samir Şərifov nazir vəzifəsindən azad edildi - Yeni vəzifə aldı

Sabahın hava proqnozu

Fərdi sahibkarların ticarət dövriyyəsi 26 milyard manatı ötüb

Bakıda 2030-cu ilədək daha 2 metro stansiya tikiləcək

İnflyasiyaya ilə mübarizədə kriptovalyutların rolu - "Top 20"-dən seçsələr…

Nazir müavini: "Bakıda taksi gözləmək üçün müddət maksimum 6-7 dəqiqədir"

Naxçıvanda Sahibkarlığın İnkişafı Fondunun qalıq vəsaiti 3 dəfə artıb

Pulsuz parklanma yerlərinin sayı artırılacaq

Bu istiqamətlərdə tramvay xətti çəkilə bilər

Bu istiqamətlərdə tramvay xətti çəkilə bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin