BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8255
  • RUB
    0.0174
  • TRY
    0.0497
  • GBP
    2.1967
58999

Lider kriptovalyuta Bitcoin mart ayından sonra yenidən rekord səviyyəyə yüksəlib.

Valyuta.az xəbər verir ki, "Tramp ticarəti" olaraq adlandırılan Bitcoin, Trampın ABŞ prezident seçkilərində rəqibi Kamala Harris-dən öndə olması ilə çərşənbə günü Asiya bazar saatlarında 8 faizdən çox artaraq 74,000 dolları keçib.

Donald Tramp kritik ştatlardan ikisində seçkini qazanarkən, digər ştatlarda nəticələr hələ bəlli deyil. Nəticələr hələ dəqiqləşməsə də, mövcud göstəricilər və gözləntilər Bitcoin-in bütün zamanların rekordunu qırmasına səbəb olub.

Bitcoin-in bu yüksəlişinə altcoin-lər də qoşulub; Ethereum (ETH) 6,6 faiz artaraq 2,589 dollara çatıb.

Solana (SOL) 15,1 faiz, Dogecoin (DOGE) 25 faiz, XRP 4,9 faiz, Avalanche (AVAX) 13,3 faiz və Sui (SUI) 20 faiz artıb.

Donald Tramp prezident seçki kampaniyasında Bitcoin və kriptovalyutalara dəstəyini ön plana çıxararaq, ABŞ hökumətinin əlindəki BTC-ni satmağa icazə verməyəcəyini bildirib və ölkəni Bitcoin super gücünə çevirməyi vurğulayıb.

Tramp mitinqlərində dəfələrlə Bitcoin və kriptovalyutalar haqqında danışaraq, "Bitcoin-lərinizi heç vaxt satmayın," deyə çağırış edib.

Qeyd edək ki, Tramp, kriptovalyutalara qarşı mənfi mövqeyi ilə tanınan cari SEC sədri Qari Gensler-i vəzifəyə gəldikdən sonra işdən çıxaracağını da bildirib.

Bitcoin bu məlumatın yazıldığı anda 74,700 dollardan ticarət olunur.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Əhalinin bir nəfərinə 9 min 102,9 manat ÜDM düşür

Dünyanın 21 yaşadək ən bahalı futbolçularının siyahısı açıqlanıb

Sahibkarlar 9 ayda 50 milyard manata yaxın sənaye məhsulu istehsal edib

"Tesla"nın bazar dəyəri 1 trilyon dollara çatdı

"Tesla"nın bazar dəyəri 1 trilyon dollara çatdı

Türkiyədə TDT-nin xatirə sikkəsi satışa buraxılıb

Türkiyənin qış turizmi və ən gözəl istiqamətlər - FOTO

Tərəzidə aldadan satıcıları hansı cəza gözləyəcək?

Robot rəssamın portreti hərracda 1 milyon avroya satıldı (FOTO)

"NRG Energy" 2024-cü il üçün mənfəət proqnozunu artırdı

Rusiyanın beynəlxalq ehtiyatlarında milyardlarla azalma - Rəqəmlər

Prezident xalqa müraciət etdi, Bayraq Meydanında Azərbaycan Bayrağını ucaltdı (YENİLƏNİB)

Noyabrın 10-dan H1 və H2 avtobusları pulsuz olacaq - AYNA

"Paramount"un səhm başına gəliri yüksək, mənfəəti aşağı oldu

EBRD COP29 çərçivəsində təşkil edəcəyi tədbirləri açıqlayıb

EBRD COP29 çərçivəsində təşkil edəcəyi tədbirləri açıqlayıb

Qocalmanı sürətləndirən iş vərdişləri açıqlandı

"Robot valideynlər" yaradılacaq - "a16z" maliyyələşdirməyi qəbul etdi

Dünya imtina edir, biz pulla satırıq...

Vətən müharibəsinin iştirakçısı idarə rəisi təyin edilib

ABŞ heç bir əsas olmadan 12 trilyon dollar qazanıb - Putin

Azərbaycan Bayrağı "Ginnesin rekordlar kitabı"na düşüb (FOTO)

COP29 Məlumat Mərkəzləri fəaliyyətə başlayıb (FOTO)

"Koç Holding" III rüb üçün maliyyə hesabatını açıqladı

"Koç Holding" III rüb üçün maliyyə hesabatını açıqladı

“Freelance” işin mənfi tərəfləri

Azərbaycanın BMT ilə imzaladığı memorandum təsdiqləndi

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişlənib

Bakıda yağış yağacaq

Dünya Bankı Ukraynaya əlavə 750 milyon dollar ayıracaq

İlon Musk "Tesla" markalı ağıllı telefonla bağlı açıqlama verdi

Azərbaycan nefti 0,32% ucuzlaşıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin