"SOCAR" Türkiyədəki 2 şirkətini satdı

Redaktor

11.01.2025 13:48
376

"SOCAR" Türkiyədəki 2 şirkətini satdı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki təbii qaz paylama şirkətləri "Bursagaz" və "Kayserigaz", "AKSA Enerji"yə satılıb.

Valyuta.Az xəbər verir ki, bu satış prosesinin tamamlanmasından sonra hər iki şirkət "AKSA Enerji"nin tərkibində fəaliyyət göstərəcək.  

2019-cu ildən etibarən "SOCAR Türkiyə"nin tərkibində fəaliyyət göstərən "Bursagaz" və "Kayserigaz", təxminən 2 milyon abunəçiyə təbii qaz paylama xidməti təqdim edir. Təxminən 1,2 milyon abunəçisi və 7 min kilometri aşan şəbəkə uzunluğu ilə "Bursagaz", “paylama lisenziyası sahiblərinin son istehlakçıya təqdim etdiyi təbii qaz satış həcmi” baxımından Türkiyənin 4-cü ən böyük təbii qaz paylama şirkəti kimi tanınır.  
 

“2030 üçün yeni və güclü hədəflərlə yola çıxdıq”

Mövzu ilə bağlı açıqlama verən “Aksa Doğalgaz” İdarə Heyətinin sədri Yaşar Arslan, 2015-ci ildə müəyyən etdikləri 2025 hədəflərini vaxtından əvvəl aşdıqlarını qeyd edib. O bildirib: “2030-cu il üçün yeni və güclü hədəflərlə yola çıxdıq. Davamlı böyümə yönümlü strategiyamızı əks etdirən bu hədəflərə “Bursagaz” və “Kayserigaz”la birgə böyük ölçüdə yaxınlaşmış olacağıq. Hər biri öz bölgəsində önəmli xidmətlər göstərən bu şirkətlərin sinerjisi ilə “Aksa Doğalgaz”ın yeni uğurlara imza atacağına inanıram.”  

Petrokimya sahəsinə yönəlmə

Beləliklə, Türkiyədə qaz paylama fəaliyyətindən çəkilən “SOCAR Türkiyə” petrokimya sektoruna diqqətini artıracaq. “SOCAR Türkiyə”nin baş direktoru Elçin İbadov açıqlamasında bildirib: “Şirkətlərimizin satış qərarını “SOCAR Türkiyə”nin uzunmüddətli strateji hədəfləri çərçivəsində qiymətləndiririk. Bu günə qədər reallaşdırdığımız təxminən 18,5 milyard dollarlıq sərmayə ilə Türkiyənin ən böyük birbaşa xarici sərmayəçisi mövqeyindəyik və strateji əhəmiyyətə malik bu sərmayələrimizlə Türkiyədə uzun illər ərzində dəyər yaratmağa davam edəcəyik. Bir müddət əvvəl ictimaiyyətlə paylaşdığımız kimi, Türkiyədə əsas iş sahələrimizdən biri olan petrokimya sektoruna fokuslanaraq bu sahədə önəmli bir sərmayə həyata keçirmək məqsədilə ilkin mühəndislik işlərinə başlamışıq.”  

{gallery}

Rəhim

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...