BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
35987

Valyuta.az Azərbaycanın maliyyə naziri Samir Şərifovun müsahibəsini təqdim edir:

- Samir müəllim, 2024-cü ilin büdcə layihəsində səhmlərində dövlətin payı olan cəmi 2 şirkətin büdcəyə dividend ödəməsi proqnozlaşdırılır. Bu şirkətlər Azərbaycan Beynəlxalq Bankı (150 milyon manat) və Azərbaycan Dövlət Neft Şirkətidir ( 408 Milyon manat). Digər dövlət şirkətləri hansı səbəbdən büdcəyə dividend ödəmir?

- Səhmlərində dövlətin payı olan şirkətlərin dövlət büdcəsinə dividend ödəməsi ilə bağlı hökumət hal-hazırda müəyyən metodoloji əsaslar üzərində işləyir. Nə zaman ki, dövlət şirkətlərinin büdcəyə dividend ödəməsi ilə bağlı metodologiya hazır olacaq, o zaman biz bütün suallara cavab verə biləcəyik.

Növbəti ilin yanvar ayının 1-də Azərbaycana gətirilən 272 adda xammal və materialların idxalı üzrə gömrük rüsumlarının dərəcələri 7 il müddətinə sıfıra endiriləcək. Bu məhsulların gömrük rüsumlarından azad edilməsinin 2024-cü ilin büdcə gəlirlərinə 100 milyon manat azaldıcı təsir göstərəcəyi proqnozlaşdırılır. Bu güzəştlərin büdcəyə birbaşa və dolayı yolla təsiri necə olacaq?

- Bəli, bu güzəştlərə görə gömrük daxilolmaları azalacaq, amma digər tərəfdən vergi daxilolmaları artacaq. Belə ki, söhbət Azərbaycanda istehsalı olmayan xammal və materialların idxal gömrük rüsumlarının sıfıra endirilməsindən gedir. Bu məhsullar sahibkarlar tərəfindən ölkəyə gətirilərkən idxal gömrük rüsumları ödənilir. Xammal və materiallar idxal edildikdən sonra istehsal və emal prosesinə başlanılır. Xaricdən gətirilən xammal və materiallara gömrük rüsumlarının tətbiqi öz növbəsində istehsala başlamadan məhsulun maya dəyərinə artırıcı təsir göstərir.

Hökumətin bu güzəştlərə getməsinin səbəbi sahibkara dəstək verməkdir. Biz istəmirik ki, sahibkar hələ bir qəpik qazanmadan idxal zamanı gömrükdə əlavə xərclərə məruz qalsın, çünki bu xammal və materiallar onsuz da bizdə yoxdur. Növbəti ildən vəziyyət sahibkarların xeyrinə dəyişəcək. Belə ki adıçəkilən məhsulların gömrük rüsumlarından azad edilməsi istehsal ediləcək məhsulların maya dəyərinin azalmasına birbaşa təsir göstərəcək. Bu tədbirlər sahibkarların stimullaşdırılmasına, istehsal və emal sənayesinin inkişafına təsir göstərəcək. Beləliklə, istehsal edilən məhsulların həm həcmi, həm də satışı artacaq. Bu da, öz növbəsində, müvafiq olaraq vergi ödənişlərini artıracaq. Son nəticə olaraq, atılan bu addımlar sayəsində büdcə uduzmayacaq, əksinə, vergi daxilolmalarının artması hesabına büdcə gəlirləri artacaq.

Dövlət Vergi Xidmətinin xətti ilə proqnozlaşdırılan büdcə daxilolmalarının məbləği 13 milyard 865 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 1 milyard 122 milyon manat azdır. Bu azalmanın əsas səbəbi nədir?

- Bu azalmanın birinci səbəbi neft-qaz sektorunda hasilatın azalmasıdır. Belə ki, əsas neft yatağımız olan "Azəri-Çıraq-Günəşli"nin illər ərzində istismarı nəticəsində onun ehtiyatları tədricən tükənir. Neft sektorunda hasilatın azalması nəticəsində konsorsiumlar tərəfindən daha az mənfəət vergisi ödənilir.

İkinci səbəb cari ildə qaz qiymətlərinin gözlənilmədən yüksəlməsi olub. Təbii qaz üzrə Avropada böhran olmuşdu və qiymətlər çox yüksək artmışdı. Biz bu yüksək qiymətləri nəzərə alaraq, cari ilin iyun ayında dövlət büdcəsinin gəlirlərinə yenidən baxılan zaman gəlirlərimizi kəskin sürətdə artırdıq. Artıq qaz qiymətləri normal vəziyyətinə qayıdıb - təxminən 400-500 dollar səviyyəsinə. Biz növbəti il eyni həcmdə qaz satsaq da, cari ildə olan qədər gəlir əldə edə bilməyəcəyik.

Qeyri-neft sahəsində isə vergi daxilolmaları yüksəlib. Nəticə etibarı ilə qeyri-neft gəlirlərinin yüksəlməsi, neft-qaz sahəsində olan azalmanı kompensasiya edə bilmir. Buna görə də ümumi vergi daxilolmaları azalıb. 

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrandan 59 qəpiyə alınan məhsul Səudiyyə Ərəbistanına 48 manata satılıb

İrandan 59 qəpiyə alınan məhsul Səudiyyə Ərəbistanına 48 manata satılıb

Sənədsiz evlər üçün "əmlak amnistiyası" tətbiq olunacaq? - VİDEO

2026-cı ildə keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

Əsgərlikdən yeni gəldi, dekan müavini təyin edildi

Qızıl qiymətinə gilas - Yay meyvələri niyə bu qədər bahadır?

Dünən bank kartlarından oğurluq edilməyib

Direktorsuz məktəblərdə attestatları kimlər imzalayır? - RƏSMİ

Müavinət və təqaüdlər bu tarixdə artırılacaq

Bu imtahanda iştirak etmək üçün qeydiyyat başa çatır

Artıq “Gənclik Mall”un qabağında taksiyə minib-düşə biləcəyik

Gələn aydan bu ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq

"Google" şəxsi nömrələri ifşa edən boşluğu bağladı

Niyə varlılar pulu daha ehtiyatla xərcləyirlər?

Azərbaycan neftinin qiyməti 71 dollara yaxınlaşıb

“Azərbaycanda marka yaratmağa ən böyük əngəl Sədərəkdir” - 17 illik Azərbaycan təcrübəli Burak Kölemen

“Azərbaycanda marka yaratmağa ən böyük əngəl Sədərəkdir” - 17 illik Azərbaycan təcrübəli Burak Kölemen

"OpenAI" illik gəlirini 10 milyard dollara çatdırdı

Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb - QİYMƏT

Türk lirəsi bahalaşdı

"Bitcoin" 110 min dollara yaxınlaşır - Altcoinlər dəyərlənir

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir - SƏHƏR OXUSU

CV-də qeyd etməli olduğunuz ən yaxşı 10 bacarıq

Bu məhsul Azərbaycana ucuz gəlir, baha satılır

Tərkibində qızıl tozu olan kürünün 1 kiloqramı 193 min manata satılır

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

17 yaşında dünyanın ən bahalı futbolçusu oldu

Direktor təqaüdə göndərildi - Yerinə polkovnik təyin edildi (FOTO)

19 yaşında qurduğu brendi indi 230-dan çox ölkədə satılır

Bu ölkədən gənəgərçək yağını 6 min manata alırıq

"Amazon"un baş direktoru gənclərin 20 yaşlarında yol verdiyi əsas səhvi açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin