Azərbaycan qazının ixrac coğrafiyası genişlənir: Bu proses ölkəmizə nə vəd edir?

Redaktor

29.07.2025 21:57
225

Azərbaycan qazının ixrac coğrafiyası genişlənir: Bu proses ölkəmizə nə vəd edir?

Ukraynanın "Naftogaz" Şirkətlər Qrupu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qrupuna daxil olan "SOCAR Energy Ukraine" şirkəti ilə Azərbaycan təbii qazının alınması haqqında ilk müqaviləni imzalayıb. 

Ötən gün bununla bağlı məlumatı "Naftogaz" Şirkətlər Qrupu yayıb. Şirkətdən bildirilib ki, ilk dəfə olaraq Azərbaycan qazının Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi üzərindən Transbalkan marşrutu ilə sınaq tədarükü həyata keçirilir.

Azərbaycan qazının Ukraynaya tədarükü geosiyasi və iqtisadi baxımdan nə qədər əhəmiyyətlidir? 

Valyuta.az-ın suallarını cavablandıran iqtisadçı Fuad İbrahimov bildirib ki, Azərbaycan qazının ixrac coğrafiyasının genişlənməsinin siyasi-iqtisadi əhəmiyyəti çox böyükdür: 

"Bu gün Azərbaycan qazının ixrac coğrafiyası genişlənməkdədir. Bu, həm miqyas baxımından, həm də siyasi-iqtisadi təsirlər baxımından mühüm hadisədir. İkincisi isə bu proses çərçivəsində TANAP-TAP qaz kəmərləri vasitəsilə interkonnektorlar üzərindən qazın Avropaya çatdırılması və ordan da geri dönərək Ukraynaya daxil olması prosesi artıq başlayıb. Doğrudur, bu, əvvəlcədən müəyyən edilmiş həcmdə qazın bölgüsü çərçivəsində baş verir. Lakin hər bir halda Azərbaycanın qaz ixrac coğrafiyasının genişlənməsi və xüsusilə Ukrayna istiqamətində yeni bir mərhələnin başlanması mühüm əhəmiyyət daşıyır". 

İqtisadçı bildirib ki, bu layihə həm də siyasi baxımdan ciddi bir yenilikdir:

"Belə ki, uzun illər ərzində qaz əsasən Rusiya ərazisindən Ukraynaya nəql olunurdu. İndi isə bu tarixi model dəyişir və Azərbaycanın qazı yeni bir marşrut üzrə Ukraynaya çatdırılır. Bu, Avropanın qaz təchizatı xəritəsində baş verən fundamental dəyişikliyin göstəricisidir. İqtisadi baxımdan məsələyə yanaşdıqda isə nəzərə almaq lazımdır ki, Azərbaycanın bu kəmər üzrə müəyyən ixrac həcmi mövcuddur. Əgər gələcəkdə bu imkanlar genişləndirilərsə, nəqletmə infrastrukturunda texniki təkmilləşdirmələr aparılarsa və ixrac həcmləri artırılarsa, bu zaman artıq iqtisadi səmərəlilikdən danışmaq daha mümkün olacaq".

Fuad İbrahimov vurğulayıb ki, bu prosesin siyasi əhəmiyyəti iqtisadi göstəricilərdən daha ön plandadır: 

"Yəni, Azərbaycanın qaz nəqli ilə bağlı atdığı bu addımlar təkcə enerji sahəsində deyil, həm də regionun siyasi düzənində mühüm dəyişikliklərin xəbərçisidir. Bir sözlə, bu prosesin siyasi mənası, "sətiraltı mesajları" iqtisadi faydasından daha böyük əhəmiyyət daşıyır". 

Günay

Azərbaycan qazının ixrac coğrafiyası genişlənir: Bu proses ölkəmizə nə vəd edir?

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...