Səbəbsiz işdən uzaqlaşdırılan işçilər - Səbəb nədir? - EKSPERT

Redaktor

29.07.2025 09:20
404

Səbəbsiz işdən uzaqlaşdırılan işçilər - Səbəb nədir? - EKSPERT

Bəzən işə qəbul zamanı xoşagəlməz hallar yaranır. Belə ki, iş axtaran müsahibəyə çağırılır, müsahibə normal keçir. Bir müddət sonra işçiyə işə qəbul olunduğunu bildirirlər. 1- 2 gün sonra işçiyə zəng gəlir ki, işə qəbul olunmayıb. Bu nə dərəcədə doğrudur? Şirkətlər hansı hallarda bu üsuldan istifadə edir?

"HR Hunter” şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə Valyuta.az-a açıqlamasında bildirdi ki, işə qəbul və işdən azad edilmə prosesində bəzi şirkətlərin qeyri-rəsmi yanaşmaları həm hüquqi boşluqlar yaradır, həm də müəssisənin nüfuzuna zərbə vurur: "Məsələn, namizədə telefonla işə qəbul edildiyi bildirilsə də, bir neçə gün sonra yenidən əlaqə saxlanılaraq onun işə başlamaması və ya artıq işdən çıxarıldığı deyilir. Halbuki həmin namizəd artıq əvvəlki işindən ayrılıb və yeni iş üçün hazırlıq mərhələsindədir".

Qanunvericilikdə tənzimləməsi çətin situasiyalardır

Ekspertin sözlərinə görə, bu cür halların qanunvericiliklə tənzimlənməsi çətindir: "Ortada hüquqi sənəd – əmək müqaviləsi olmur, bu kimi hallar yaşandıqda işçi çətin vəziyyətdə qalır. Lakin əgər şəxs işə başlayıbsa və müqavilə imzalanıbsa, o zaman işçi artıq hüquqi status qazanır və əmək münasibətlərinə rəsmi şəkildə daxil olur".

İşdən uzaqlaşdırma prosesi rəsmi qaydada olmalıdır

İ.Mirzəzadə qeyd etdi ki, işçinin işdən çıxarılması sınaq müddətində baş versə belə, bu proses rəsmi sənədlə və əsaslandırılmış qaydada aparılmalıdır. Şirkət işçiyə yazılı xəbərdarlıq verməli, qərarın səbəbləri barədə aydın və hüquqi izah təqdim etməlidir. Əks halda, sadəcə zənglə edilən xəbərdarlıqla işdən uzaqlaşdırma nə etik, nə də hüquqi baxımdan doğru sayılır".

Şirkətlər hansı hallarda bu üsuldan istifadə edir?

İ.Mirzəzadə sonda bildirdi ki, burada müxtəlif səbəblər ola bilər: "Rəhbər işçini işə aldıqdan sonra düşünə bilər ki, bəlkə də işçi lazım deyildi, amma bu qeyri-peşəkarlıqdır. Yaxud da daxildən işi kimlərəsə həvalə edə biləcəklərini düşünüb, yeni gələn işçini işdən uzaqlaşdırırlar. Bəzən də işçini bəyənməyib, üzünə deməmək üçün bu kimi üsullara əl atırlar. Amma hər bir halda bu nə korporativ standartlara uyğun gəlir, nə də etik addımdır". 

Sərvanə Rəmixanova

Səbəbsiz işdən uzaqlaşdırılan işçilər - Səbəb nədir? - EKSPERT

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...