“İş günləri az olduğu aylarda işdən qalmayın” - Əmək haqqlarınız necə hesablanır?

Redaktor

20.02.2024 09:30
1,392

“İş günləri az olduğu aylarda işdən qalmayın” - Əmək haqqlarınız necə hesablanır?

Azərbaycan Texniki Universitetinin əmək haqqı uçotu üzrə mütəxəssisi, mühasib Gündüz Ağayev Valyuta.az üçün yazır...

Müəssisələr işçilərin əmək haqqlarını hesablayarkən əsasən 2 məcəlləni rəhbər tuturlar: Əmək Məcəlləsi və Vergi Məcəlləsi. Əmək Məcəlləsinə əsasən işçinin əmək müqaviləsində işəgötürənlə müqavilədə vəzifə maaşı və ona uyğun olaraq aylıq əmək haqqı müəyyənləşdirilir. Vergilər Məcəlləsinə əsasən isə işçinin ödəyəcəyi gəlir vergisi müəyyən edilir. Bundan əlavə icbari tibbi sığorta, sosial sığorta və işsizlikdən sığorta haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qanunlarına əsasən işçilərdən müvafiq faizlərlə sığorta haqqları tutulur. Hesablanmış əmək haqqından vergi və sığorta haqqları tutulur. Hesablanmış əmək haqqından vergi və sığorta haqqları çıxıldıqdan sonra qalan məbləğ bank tərəfindən işçinin hesabına köçürülür. Bu məbləğlərdən birincisi “Gross əmək haqqı”, vergilər çıxıldıqdan sonra qalan məbləğ isə “Net əmək haqqı” adlanır. Bəzən, ümumişlək olaraq bunlardan birincisinə “çirkli maaş”, ikincisinə isə “təmiz maaş” deyilir.

Bəzən işçilər bir ay ərzində iş gününü müxtəlif səbəblərdən tam işləmirlər. Bu aşağıdakı səbəblərdən ola bilər:

a) İşçi məzuniyyət hüququndan istifadə etdikdə və ya ödənişsiz olaraq məzuniyyətə çıxdıqda;
b) İşçi əmək qabiliyyətini müvəqqəti olaraq itirdikdə;
c) Hər hansı digər üzrlü və ya üzrsüz səbəbdən işə gəlmədikdə. Bu halda əmək haqqlarının hesablanması qaydasını bilmək üçün aşağıdakı məsələyə aydınlıq gətirməliyik.

İlin hər bir ayı üçün fərqli iş günləri mövcuddur. Aylıq iş günlərinin sayı adətən hər il dekabr ayında növbəti il üçün Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir və Kütləvi İnformasiya Vasitələrində yayılır. Məsələn, 2024-cü ilin yanvar ayında 19, fevral ayında 20, mart ayında isə 15 iş günü var. İşçinin “Gross əmək haqqı” aşağıdakı qaydada hesablanır:

Əmək haqqı = vəzifə maaşı/bir aydakı iş günlərinin sayı*işçinin işlədiyi günlər

İşçi aydakı iş günlərini tam işlədikdə onun işlədiyi günlərin aylıq iş günləri sayına nisbəti vahidə bərabər olduğuna görə “Gross əmək haqqı” əmək müqaviləsindəki vəzifə maaşına bərabər olur. Belə olan halda sadəcə gəlir vergisi və sosial sığorta haqqlarını çıxmaqla “Net əmək haqqı”nı hesablamaq olar.

Lakin, iş günü tam işlənilmədikdə isə bu məbləğlərin hesablanması aylar üzrə fərqli ola bilər. Oxucularımıza nümunələr üzərində izah etməyə çalışaq:
Tutaq ki, bir dövlət müəssisəsində üç işçi işləyir və hər üçü 1000 manat aylıq əmək haqqı alır. İşçilərdən biri yanvar, digəri fevral, üçüncü işçi isə mart ayında üzrlü səbəbdən 7 gün işə gəlmir. Fərz edək ki, yanvarda 19, fevralda 20, martda isə 15 iş günü var. Belə olan halda hər işçinin əmək haqqı ayrı-ayrılıqda aşağıdakı kimi hesablanacaq:

1-ci işçi üçün Gross əmək haqqı: 1000:19*12=631 manat 56 qəpik
2-ci işçi üçün Gross əmək haqqı: 1000:20*13=650 manat
3-ci işçi üçün Gross əmək haqqı: 1000:15*8=533 manat 28 qəpik

Göründüyü kimi, hər üç işçinin vəzifə maaşı və işə gəlmədiyi günlərinin sayı eyni olduğu halda aylıq iş günlərinin sayına uyğun olaraq aldıqları Gross əmək haqqları fərqli olacaqdır. İş günlərinin sayı az olan aylarda hesablanan “çirkli” əmək haqqı daha az, iş günləri çox olan aylarda isə daha çox olacaqdır. Daha sonra isə hər üç işçidən bərabər faiz miqdarında vergi və sığorta haqqları çıxılaraq alınan net əmək haqqları onların hesablarına köçürüləcəkdir.

Aylıq əmək haqqı qarşılığında əmək fəaliyyəti ilə məşğul olan dəyərli oxucularımıza iş günlərinin az olduğu aylarda işdən qalmamağı tövsiyə edirik!

“İş günləri az olduğu aylarda işdən qalmayın” - Əmək haqqlarınız necə hesablanır?

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...