Aİ-nin Rusiyaya qarşı sanksiyaları qlobal bazarda dizel böhrana səbəb ola bilər

Redaktor

28.07.2025 16:06
76

Aİ-nin Rusiyaya qarşı sanksiyaları qlobal bazarda dizel böhrana səbəb ola bilər

Avropa İttifaqının Rusiyanın neft sənayesinə qarşı tətbiq etdiyi yeni sanksiyalar, 2022-ci ildən sonra artıq ikinci dəfə olaraq, qlobal dizel yanacağı tədarük axınlarında dəyişikliklərə səbəb olacaq. Bu isə onsuz da gərgin olan bazara əlavə təzyiq yaradacaq. 

Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bu il ərzində dizel yanacağının qiymətləri qeyri-adi sabitlik nümayiş etdirib. Qeyd edək ki, dizel yanacağı bazarı qlobal iqtisadi fəallığın göstəricilərindən biri sayılır. Çünki bu yanacaq əsasən yük maşınlarında, gəmilərdə, generatorlarda və kənd təsərrüfatı, sənaye texnikasında istifadə olunur.

ABŞ Enerji Məlumatları İdarəsinin məlumatına görə, bu ölkədə dizelə tələbat ötən illə müqayisədə 5% artaraq gündəlik 3,8 milyon barelə çatıb. Hindistanda may ayında tələbat illik müqayisədə 2,1% artıb. Çində də iyun ayı üçün göstəricilər yüksək olub.

Eyni zamanda, qlobal dizel ehtiyatları xeyli azalıb. ABŞ, Avropa və Sinqapurda birlikdə götürülmüş ehtiyatlar son 10 ilin orta göstəricisindən 20% aşağıdır.

Bundan əlavə, bir sıra neft emalı zavodlarında planlaşdırılmamış dayanma halları və dizel istehsalı üçün lazım olan ağır və orta dərəcəli neftin defisiti də vəziyyəti ağırlaşdırır.

Aİ-nin Rusiyaya qarşı müharibə ilə bağlı qəbul etdiyi 18-ci sanksiya paketi dizel bazarında yeni dəyişikliklərə gətirib çıxaracaq. Reuters yazır ki, bu sanksiyalar nəticəsində dizel tədarükü istiqamətləri yenidən formalaşacaq.

Hindistanın neft emalı zavodları öz məhsullarına yeni ixrac bazarları tapmalı olacaq. Çox güman ki, bu, Afrika bazarları olacaq.

Eyni zamanda, Yaxın Şərqdəki neft emalı zavodları Avropaya daha çox dizel göndərəcək, Asiyaya isə daha az. Bu, nəqliyyat xərclərini artıracaq və nəticədə Avropada benzin qiymətlərinin artmasına səbəb ola bilər.

Əgər ABŞ-ın prezidenti Donald Tramp Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını sentyabra qədər dayandırmaması halında, Rusiya neftini alan ölkələrə qarşı 100%-lik tarif tətbiq etmək vədini yerinə yetirsə, vəziyyət daha da kəskinləşəcək. "Reuters" qeyd edir ki, neftə olan qlobal tələbat azalsa belə, dizel yanacağının azlığı və Rusiyaya qarşı sanksiyaların sərtləşməsi qiymətləri yaxın aylarda yüksək səviyyədə saxlamağa davam edəcək.

Paşa Məmmədli
 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...