Bu ölkə almaz almağa qərar verdi
Sentyabr ayına olan məlumata görə, Hindistan almaz idxalını illik müqayisədə 11% artıraraq 8,8 milyon karata çatdırıb.
Valyuta.az xəbər verir ki, "İnterfaks" bu barədə Hindistanın Qiymətli Daşlar və Zərgərlik Məmulatlarının İxracının Təşviqi Şurasının məlumatlarına istinadən yazıb.
Pul ifadəsində idxal 779 milyon dollar təşkil edib ki, bu rəqəm ötən ilin sentyabr ayı ilə müqayisədə 25% az olub, lakin 2024-cü ilin avqustu ilə müqayisədə əksinə, 16% artıb.
Sentyabr ayına olan məlumata görə, Hindistandan almaz ixracı illik müqayisədə 17% azalaraq 1,52 milyon karat təşkil edib. Eyni zamanda, aylıq ifadədə bu rəqəm 13% artıb. Ümumilikdə, sentyabrda ölkə xaricə qiymətli daşların satışından təxminən 1,29 milyard dollar gəlir əldə edib.
Hindistan Rusiya almazlarının əsas alıcılarından biridir. Üstəlik, ölkə dünya almazlarının 95%-ni istehsal edən ən böyük almaz istehsalı mərkəzidir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay