WSJ: "McKinsey" artan risklərə görə Çində yüzlərlə işçini işdən çıxarır

Redaktor

17.10.2024 19:22
314

WSJ: "McKinsey" artan risklərə görə Çində yüzlərlə işçini işdən çıxarır

Amerikanın "McKinsey" konsaltinq şirkəti Çində genişmiqyaslı ixtisar planlaşdırır - şirkət təxminən 500 işçini, yəni bütün işçilərin 1/3-ni ixtisar etmək niyyətindədir. 

Valyuta.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazır. 

Onların fikrincə, "McKinsey" yerli bölməsini də digər qlobal bölmələrdən ayıracaq. Xüsusilə, Çin filialının işçilərinin digər şirkət sənədlərinə çıxışı olmayacaq. "McKinsey" həmçinin Çinin dövlət şirkətləri arasında müştərilərin sayını azaldacaq və ölkədə xarici korporasiyalarla işləməyə diqqət yetirəcək.

WSJ qeyd edir ki, bu qərar ABŞ-Çin münasibətlərinin pisləşməsi fonunda Çində biznes qurmaq risklərinin artması ilə bağlıdır. Amerika şirkətlərinin Çindəki işi ABŞ hakimiyyətinin diqqətini getdikcə cəlb edir - keçən il şirkət eyni vaxtda Amerika və Çin hökumətlərinə məsləhətlər verdiyi üçün McKinsey nümayəndəsi Konqresə çağırılıb.

Digər tərəfdən, bu cür şirkətlərin fəaliyyəti Çin hakimiyyətinin diqqətini daha çox cəlb edir - məsələn, keçən il "Bain Şanxay" ofisində axtarış aparılıb və bir ay əvvəl Çin tənzimləyicisi PwC-ni cərimələyib, onun fəaliyyətini ölkədə altı ay qadağan edib. Bildirilir ki, bir çox Çin şirkətləri artıq "McKinsey"in xidmətlərindən imtina ediblər. "Shensixing" araşdırma firmasına görə, sektordakı xarici şirkətlər keçən il Çindəki gəlirlərinin 6% azaldığını gördülər, lakin onlar hələ də yerli bazarın təxminən 40%-nə sahibdirlər.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...